Bu günlərdə Moskvada azərbaycanlı oliqarxların döyüşü izlənməkdədir. Uzun zamandır fəaliyyət göstərən FNKA AzərRos üstündə azərbaycanlı ziyalıların qırğını bitmir ki, bitmir. Özlərini Rusiyada min bir millət qarşısında biabır etməkdən doymurlar. O boyda ağsaqqallar, ziyalılar və oliqarxlar bir təşkilatı bölə bilməməkləri bir tərəfə, bir-birlərinə qarşı olan kin-küdurəti ictimailəşdirməkdən də çəkinmirlər.
Deməli, Rusiyadakı azərbaycanlıların iki-üç cəbhəyə bölündüyü bildirilir. Elə “Gündəm Xəbər” də Rusiyalı politoloq Aleksandr Femenkovdan azərbaycanlı oliqarxların Moskvadakı mübarizələri haqqında ruslarda yaratdıqları təsəvvür haqqında maraqlanıb və məlum olub ki, yaranan təsəvvür heç də ürək açan deyil. Belə ki, rusiyalı politoloq iddia edir ki, internetdə yayımlanan xəbərlərə nəzər yetirərəkən, Rusiyada Azərbaycan diaspora həyatı haqqında oxuduqda sadəcə tədbirlər, xeyriyyəçilik aksiyaları və müxtəlif ürək açan mənzərə ilə tanış olmaq mümkündür. Bir sözlə, normal və düzgün insanların fəaliyyəti təsəvvürü yarada bilən fəaliyyəti görmək olar: “Amma bu gün, Azərbaycan Diaspora Təşkilatı əsassız olaraq bütün azərbaycanlılar adına ağzına gələni Rusiya tribunasından səsləndirməyə iddialıdır. Buna isə heç gərək yoxdur. Axı adama deyərlər nə olub? Niyə qaynayırsan? Bəli, sizcə, mən başqa cür necə FNKA AzərRos-un daxilindəki qaşıdurmaya münasibət bildirməli idim? Həmin qarşıdurmaların səbəbi isə vergilərdən yayınma hallarıdır ki, bu da jurnalistlərdən tutmuş bütün oxuculara qədər hamıya məlumdur. Rusiyada Azərbaycan icması daxilində baş verənlərdən isə heç danışmıram. Axı bir insan bu cür xəbərə və informasiyaya necə əhəmiyyət verməyə bilər? Hesab edirəm ki, uzun illər bu işdə işləmiş, yetəri qədər
informasiyaya malik bir insan Azərbaycan etnosunun bütün davranışları silsiləsində cinayətə necə yer ayırıla bilər? Etiraf edim ki, AzərRos-un kriminal əsaslı bir struktur olmasına heç şübhə etmirəm. Nticə etibarilə RF-da Azərbaycan diasporası əslində 2001-ci ildən kristallaşmağa başlayıb. Belə ki, həmin ildə Ümumrusiya Azərbaycan Konqresi adı altında fəaliyyət göstərən təşkilat, daha sonra FNKA AzərRos kimi adı dəyişdirildi və struktur əməlli başlı dələduzların əlinə keçdi. Sözügedən təşkilatda tamam fərqli qaydalar, fərli qanunlar və şərtlər cərəyan edir.
Daha dəqiq desək, qanunsuzluq var. Azərbaycan Diasporası isə özü-özlüyündə sakit həyat sürür və AzərRos-un nə oyundan çıxması ilə qətiyyən maraqlanmır. Düz deyiblər, “cinayətin milləti yoxdur”. Əlbəttə, sözügedən təşkilatın bütün üzlərini cinayətkar hesab etmək düzgün olmazdı. Amma onların arasında cinayətkar dəstəyə aid olanlar çoxluq təşkil edir. (Bəzi hallarda xalq arasında deyirlər ki, sadəlik bir çox hallarda oğurluqdan da pis xüsusiyyətdir.) Bu qruplaşmanın bibirinin boğazına dirənmiş liderləri əməlli başlı cinayətkardır. Mən bunu sübut etməyə də, sözümün arxasında dayanmağa da hazıram. Bu sözləri istənilən yerdə təkrar etməyə də hazıram. Sual oluna bilinər ki, görəsən mən bu dediyim sözləri böyük ehtimalla bu sözlərdən sonra cəlb olunacağım məhkəmədə sübut edə biləcəmmi? Əgər ki, təbii ki, həmin zamana qədər ölməsəm... O zaman cavab verərəm ki, yox! Lakin mən ifadə etdiyim sözlərin qiymətini bilirəm, ona görə də qalan ömrümü barmaqlıqlar arxasında oğrular, cinayətkarlar arasında keçirməyə razıyam. Hə, onu da qeyd edim ki, FNKA AzərRos-un ünlü prezidenti Söyün Sadıqov və həmin təşkilatın faktiki sahibi hesab edilən Abbas Abbasov ən səviyyəsiz və aşağı təbəqəli cinayətkarlar qrupuna daxildir. Onları hətta barmaqlıqlar arxasında belə hər kəs xalis cinayətkar kimi tanıyır. Bu insanlarda bütün hisslərlə müqayisədə nəfisləri daha çox inkişaf edib. Onlar üçün müqəddəs heç nə yoxdur. Onlar şeytanın qullarıdır. Onlar həmişə üzdədirlər və həmişə də müəyyən məsafədə əllərini dilənmək üçün uzadıb gəzirlər. Onlar
vicdan və vicdansızlığın arasında qalmışlardır. Əfsuslar olsun ki, bu gün Rusiyada bu cür insanlara təlabat var. Amma AzərRos çox gözəl səslənir. Çünki bu təşkilat çox hörmətli və qarşısında baş əyilməli olan insanlar tərəfindən yaradılıb. Onun təsisçisi və keçmiş sədri olan Cahangir Abbas oğlu Kərimovun sadəcə adı min alqışa layiqdir. Rusiyanın hüquqşünası, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Serbiya Elmlər və Mədəniyyət Akademiyası, Fin Ədəbiyyatı və Elmləri Akademiyası, Çernoqoriya Elmlər Akademiyası, Rusiya Sosial Elmlər Akademiyası, Rusiya siyasi elmlər Akademiyası, Beynəlxalq İnformasiya Akademiyasının, Honkonq Beynəlxalq Qanun və İqtisadiyyat İnstitutunun fəxri prorektoru, 1981-ci ildə Azərbaycan SSR-nin Dövlət mükafatına layiq görülən insan və sairə fəxri adlara sahib bir insanın yaratdığı FNKA AzərRos-necə oldu ki, yazarkən belə fars ləhcəsi ilə yazmağı bacaran birinə qismət oldu? Bunu sizə danışmaq istəyirəm. .
Səbrli olun xahiş edirəm. İstəyirəm lap başdan bunun kimə və nə üçün lazım olduğunu sizə danışım. Deməli, bu uzun bir yoldur. Lakin Rusiya həqiqətlərinin qaranlıq və insan pisliyi ilə murdarlanmış bir reallığıdır. Hara ayağını basırsansa, hər yer insan pisliyi ilə murdarlanıb. Ayağınızın altına baxın cənablar! Ayağınızın altına baxın...
Rusiyadakı hərc-mərclik
Biz bazardayıq. Sadə bir bazarda. Bu haqq-hesab əslində Putindən əvvəl başlamışdı. Açıq-aydın reketçilik edərək, hayasızcasına bazarda ticarət edən satıcıların əldə etdikləri maliyyənin yarısını əllərindən alaraq və onu hüquq-mühafizə orqanları ilə bölməklə bu iş qurulub. Daha sonra bir az pul əldə edəndən sonra daha hüquq-mühafizə orqanlarına çatan maliyyəsi artıqca əl qolu da uzaqlara çatmağa başladı. Elə bundan sonra da Daxili işlər nazirliyinin qaranlıq köşəsində bu təşkilatı leqallaşdıraraq cinayətkar biznesi inkişaf etdirmək qərarına gəldi. Daha dəqiq desək, təşkilata legitimlilik və
məsumluq forması verildi. Bütün şəhərlərdə və bütün yerlərdə demokratizasiya adı altında müxtəlif formada bu cür milli və mədəni müxtariyyətlər yaranmağa başladı. Amma həmin təşkilatın başında da elə həmin kirli işlər icra edən paqonlular dururdu. Onlar həmişə pul köçürüblər və indi də köçürməyə davam edirlər! Fəaliyyət göstərən hər ticarət obyektindən onlar maliyyə alır. Sözdə Diasporanın fəaliyyəti üçün nəzərdə tutulub. Kim pul ödəmirdi onları həbs edirdilər və lori dildə desək, “əhliləşdirirdilər”. İndi bu cür problemlər yoxdur. Mən sadəcə sizə böyük və iyrənc qurbağaların, zəhərli ilanların və sürünənlərin digər məxluqlarının olduğu kirli bataqlıqlardan və gördüyü işlərdən danışıram.
Bu hələ məsələnin bir tərəfidir. Daha dərini də var. Daha dərindən demək olar ki, tamam fərli abu-hava hökm sürür. Orada elə rəqəmlərdən söhbət gedir ki, mən o qədər hesab bilmirəm. Ona görə də, mən bir az yuxarıdan və dəqiq bildiklərimi danışıram. Nə vaxta qədər ki, iri şəhərlərdə bu cür xırda təşkilatlar fəaliyyət göstərirdi, bu o qədər də gözə çarpmırdı, amma məsələ gələndə ki, bütün bunların təməlində və bütün bu xırda təşkilatları birləşdirərək Azərbaycan Milli Mədəni Federal səviyyəli müxtariyyət yaradaraq guya səhman salmağa gələndə, artıq Rusiyanın DİN-nin (MVD) daha böyük ulduqlarla bəzədilmiş paqona sahib hüquq-mühafizə orqanlarının nümayəndələri məsələyə qarışdı. Burada Söyün Sadıoqvun həmin ulduqluların necə dayısı çıxması məsələsinin necə olmasını danışamq istəmirəm. Bir sözlə, dayısı çıxıb vəssalam. Söyün Sadıqovun “AzərRos”u mənimsəməsi əməliyyatı Azərbaycanın müəyyən dairələrindəki avtoritar həddini bilməyənlər heç Azərbaycan həbsxanasında bir hüquq müdafiəçisini tək nəfərli kameradan aparıb istənilən sualları verə bilmədikləri halda Rusiyada istədiklərini edirlər. Çünki Azərbaycanda günahsız insanları müdafiə edəcək insanlar da var. Burda isə o yoxdur. Söyün Sadıqov da həm öz döyüşçüləri, həm də bir az əvvəl xatırlatdığımız hədlərini bilməyənlərin sayəsində FNKA AzərRos-u qanuni sahibinin əlindən alındı.
Sözlərimi təsdiq etmək məqsədi ilə mən hətta bir sıra sənədlərin kopyasını də təqdim edə bilərəm.
Həmin sənədləri mənə bir neçə il bundan qabaq Avropadan göndərmişdilər. Demək istəyriəm ki, biz tək deyilik. Sən demə, bu cür məsələlər dünyanın o biri başında oturanların da nəzərindən qaçmır. Təbii ki, mən hər bir məlumatı lazım olan yerlərə çatdırdım. Keçək mətləbə... Deməli, Söyün Sadıqov 3 milyonluq azərbaycalıların Rusiyadakı diasporasının lideri olur. O zaman onun pulu bəzi Avropa dövlətlərinin mornartxlarının pulundan qat-qat çox idi. Söyün Sadıqov daha sonra özünü AzərRos-un prezidenti elan etdi. 2012-ci ildən təşkilatın rəhbərliyinin hansı yollarla Azərbaycan Respublikasında baş nazirin müavini işləmiş Abbas Abbasovun əlinə keçməsi və hətta ömürlük bu vəzifəni daşıyacağı kimi innformasiyaların yayılması müəmmalı idi... Necə yəni, Söyün Sadıqov məsum idi? Ümumiyyətlə, deyəsən, oğlan aldanmışdı. “Mən sadə bir kəndli olmaq istəmirəm...”
Söyün Sadıqov Putinin səlahiyyətli nümayəndəsi deyilmiş
Bir şeyi də deyim ki, o hər yerdə Rusiya prezidenti V. V. Putinin səlahiyyətli nümayəndəsi kimi təqdim olunur və iddia edir ki, bu artıq potologiyadır. Düz bir il əvvəl, mən şəxsən Rusiya Federasiyasının Prezident Administrasiyasına müraciət edərək, məsələyə aydınlıq gətirməsini istədim. O zaman mənə RF-nın Daxili İdarəçilik üzrə səlahiyyətlisi olan Anisov bildirdi ki, Söyün Sadıqov 2012-ci ildə Rusiyada keçirilən prezident seçkilərində prezidentliyə nazmizəd olan V. V. Putinin səlahiyyətli nümayəndəsi olmaq üçün namizədliyini irəli sürüb. Fərqi görürsünüzmü? Birincisi, fel keçmiş zamandadır. Yəni olub, ikincisi isə prezidentliyə namizəd olan və prezident arasındakı fərqə diqqət yetirin. Mən, nə isə. Söyün Sadıqovdan çox danışdım. Deyəsən, Abbas Abbasovdan da danışmaq zamanı gəlib. Amma düzünü deyim heç Abbas Abbasov haqqında yazmağa, danışmağa həvəsim yoxdur. Sadəcə ürəyim
istəmir. Çox iyrəncdir ona görə... Abbas Abbasov haqqında şok iddialar...
Aleksandr Femenkov: “Söyün Sadıqov “əclaf” da olsa özümüzünküdür”
Söyün Sadıqov “əclaf”da olsa özümüzünküdür, amma Abbas Abbasov haranın olduğu məlum deyil. O, hər zaman azərbaycanlıları, Rusiyanı, onun xalqını və Azərbaycanı sevdiyini söyləyir. Bildirir ki, o, daim Azərbaycan və Rusiya arasındakı əlaqələri möhkəmlətmək üçün çalışıb. Əslində isə o, həm azərbaycanlılara, həm də ruslara nifrətlə yanaşır. Əgər bu belə olmasaydı, o, rəsmən Orxan Zeynalovun hüquq-mühafizə orqanlarına təslim olmasını onun etdiyini bəyan edərdimi? Azərbaycanda heç bir kəs Zeynalovun hərəkətinə bəraət qazandırmır. Amma bununla yanaşı heç bir azərbaycanlı Abbas Abbasov kimi etməzdi. Mentalitetlik yoxdur.
Abbas Abbasovun ruslara olan “sevgisi”
Aleksandr Femenkov: “Eynulla Fətullayev deyirdi ki, Abbas Abbasov natiqlik məharətini şeytandan öyrənib”. Üç il əvvəl mən şəxsən onun rusiyalı helikopter pilotlarının ondan pul tələb etmələri haqqında söhbətinə qulaq asırdım. Bu guya 1992-ci ildə Xocalı soyqrımı zamanı dinc əhalinin cəsədlərini oradan çıxararkən baş verib. O bunu elə danışırdı və mən də buna o qədər inanmışdım ki, dırnaqdan təpəmə qədər rus ola-ola mən ürəyimdə hardasa ruslara lənət etmişdim. Bəli, burada tanınmış azərbaycanlı jurnalisti və provokatoru Eynulla Fətullayevlə razılaşmaya bilmərəm. Eynulla Fətullayev deyirdi ki, Abbas Abbasov natiqlik məharətini şeytandan öyrənib. AzərRos-a gəlincə isə, daha nə demək olar? Bu heyyəti tamamilə dağıtmaq və yox etmək lazımdır! Bu onlar üçün daha yaxşıdır. Çünki 20 fevralda AzərRos-un növbəti iclasında təşkilatın oğurluq olduğu açıqlanarsa, bu heç də yaxşı nəticə verməyəcək. Həm də
Rusiyada azərbaycanlıları təmsil edəcək böyük bir təşkilat var. Bu Ümumrusiya Azərbaycan Konqresidir. Məhz bu təşkilat iki dövlət arasındakı əlaqələrin möhkəmlənməsində böyük rol oynayırdı. Sizcə, AzərRos-un başında duranların kişi kimi təşkilatı tərk etməyə cəsarəti çatacaqmı? Axı, nəticə etibarilə onlar bu təşkilatı tərk edəcəklər. Bu hadisə bu gün olmasa belə, sabah baş verəcək. Amma sabah artıq böyük itkilərlə baş verəcək. Sonda kiçik, amma olduqca əhəmiyyətli bir qeyd vermək istəyirəm: 20 fevralda Abbas Abbasovun və 6 martda da Söyün Sadıqovun rəhbərliyi ilə təşkil ediləcək FNKA AzərRos-un tədbirlərinin ümumiyyətlə, AzərRos-a heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə, FNKA AzərRos-un heç bir hüquqi qeydiyyatı da yoxdur. Bir sözlə, AzərRos sadəcə sabun köpüyüdür...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?