“Kadr islahatından öncə inzibati-ərazi vahidləri islahatı olmalı, rayonların sayı azaldılmalıdır”.
Bu təkliflə Milli Məclisin deputatı Erkin Qədirli çıxış edib. Onun fikrincə, Azərbaycanda icra, özəlliklə də yerli icra hakimiyyətləri düzgün qurulmayıb:
“Ona görə də kadr islahatı alınmır və alınmayacaq. Ölkəmizdə 80 rayon var (66 bölgə + 12 Bakı + 2 Gəncə). Bu 80 icra başçısı, 80 prokuror, 80 polis rəisi, 80…, 80… və s. deməkdir. Bu sayda həm bilikli, həm bacarıqlı, həm də vicdanlı adam tapmaq, üstəlik, onları düzgün çalışdırmaq olmayacaq. Ayrıca, hər kəsin üzərində düzgün nəzarət qurmaq alınmayacaq. Çıxış yolu – kadr islahatından öncə inzibati-ərazi vahidləri islahatı olmalı, rayonların sayı azaldılmalıdır”. Erkin Qədirli bildirib ki, yerli icra hakimiyyətinin təşkilində legitimlik problemi var:
“Bələdiyyələrin səlahiyyətləri qanunla müəyyən olunduğu bir halda, yerli icra başçılarının səlahiyyətlərini Prezident müəyyən edir. Bu sistem problemi dərinləşdirir, çünki yerli hakimiyyətin belə quruluşunda bələdiyyələr heç zaman güclənə bilməyəcəklər. Bələdiyyələrin güclü ola bilmədiyi yerdə isə, yerli icra hakimiyyəti səmərəli ola bilməyəcək”.//aztoday.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?