GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Müsahibə » Ermənistandakı türk firmalarını şikayət edib bağlatdırdı, Azərbaycandan deportasiya edildi – Ziya Şahinlə müsahibə

Ermənistandakı türk firmalarını şikayət edib bağlatdırdı, Azərbaycandan deportasiya edildi – Ziya Şahinlə müsahibə

Tarix: 23-11-2020, 14:29 Bölmə :Müsahibə Baxış: 47
Ermənistandakı türk firmalarını şikayət edib bağlatdırdı, Azərbaycandan deportasiya edildi – Ziya Şahinlə müsahibə


Ziya Şahin Azərbaycan üçün çoxları ilə mübahisə etmiş bir vətən sevdalısıdır. Xüsusilə də, qatıldığı hər yerdə Azəri sözünün işlədilməsinə etiraz edər, “Azərbaycan türkü” sözü üzərində mübarizə aparar. FETÖ-yə qarşı ilk çıxan insanlardan biri də odur, erməni anlayışını ilk günündən tənqid edən də. Hətta türk firmaların Ermənistanda ticarət aparmaqlarını da ilk tənqid edən və İrəvanda dükan qapılarını bağlayandır desək, yanılmarıq. Lakin Azərbaycan adı çəkildikdə qəlbi çırpınan bu adamı Miqrasiya xidməti hələ də ölkəyə buraxmır. Səbəb bəlli deyil. Ən yaxşısı bu mövzuları Azərbaycana heyran olan Ziya Şahinin müsahibəsindən oxuyun:

– Əvvəlcə zəhmət olmasa, Azərbaycanda 10 il yaşamış Ziya Şahinin kim olduğundan, nə iş gördüyündən bəhs edin.

– 1958-ci ildə Malatya şəhərində anadan olmuşam. 18 yaşıma qədər orada yaşamışam. Həyatımın sonrakı 30 ili İstanbulda, son 10 ili də Azərbaycanda keçib. İstanbulda gənc yaşımda ticarətə başlamışam. Şirkətlərimiz olub, polad ticarətiylə məşğul olmuşam. 1996-cı ildə ticarətdən çox pul qazanırdım. O zaman “Ya Rəbbim, sən məni lazım olduğundan daha artıq pul qazanmaq təhlükəsindən mühafizə elə” deyə dua etdim. Duam qəbul oldu və ticarətə son qoydum. Təxminən 25 ildir ki, ticarətlə məşğul olmuram. Dünyagörüşü baxımından özümü kamilləşdirməyə çalışıram.

– Ziya bəy, Azərbaycansız necəsiniz?

– 10 il Azərbaycanda yaşadım. Sonra heç nədən deportasiya edildim. Azərbaycana pul qazanmaq üçün getməmişdim. Buna ehtiyacım da yox idi. Gecə-gündüz dayanmadan Azərbaycan xeyrinə çalışdım, çox önəmli işlər gördüm. Məsələn, Azərbaycanda yaşayan xarici vətəndaş olaraq ilk dəfə mən 2006-cı ildə Azərbaycanı tanıdan web sayt yaratdım. www.ziyasahin.com-da 10 ildir gücə-gündüz Azərbaycan tanıdılır. Lakin 2013-cü il dekabrın 17-25-də FETÖ terror qruplaşmasının Azərbaycandakı tərəfdarı ilə sosial mediada mübahisəmiz oldu. Nəticədə, 2014-cü ilin avqust ayında deportasiya edildim. Bağçam, evim, əşyalarım, dostlarım – hər şeyim orada qaldı. Təəssüf ki, təxminən 3 ildir ki, Azərbaycana gedə bilmirəm. Təbii ki, bu vəziyyət anasından, bacısından, qardaşından ayrı qalan birinin yaşadığı həsrət hissini mənə yaşadır! Azərbaycanımız üçün əlbəttə ki, çox darıxmışam. Deportasiya edilməyimə səbəb olan şəxs məni çox yaxşı tanımır və bir gün tanısa, etdiyinə çox üzüləcək, peşman olacaq. Bunun kimi etdiyini isə təbii ki, təxmin edirik. Azərbaycansız özümü sudan çıxmış balıq kimi hiss edirəm.

Ermənistandakı türk firmalarını şikayət edib bağlatdırdı, Azərbaycandan deportasiya edildi – Ziya Şahinlə müsahibə


– Azərbaycana neçə ildir getmirsiniz? Səbəb bəllidirmi?

– Təxminən 3 il olub ki, Azərbaycana gedə bilmirəm. İddia edirəm ki, heç kim Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra mənim kimi İstanbulda dəniz mənzərəsi olan evini qoyub, Azərbaycanda dağlıq bir rayonda yaşayan, 10 il gecə-gündüz çalışan bir Türkiyə vətəndaşı göstərə bilməz. Mən 10 ildə 1 manat belə qazanc əldə etməmişəm. Lakin dövlətə 10 minlərlə manat vergi və sığorta pulu ödəmişəm. İndi də əlimdə rəsmi sənədlər var. Dövlətə vergi borcum yoxdur, əksinə DSMF-də mənim pulum qalıb! Mən siyasətlə heç məşğul olmamışam, sevmirəm də. Hətta Azərbaycandaykən bəzi insanlar yanımda dövlət əleyhinə danışanda, “mən burda sadəcə qonağam, bunları nə üçün mənim yanımda danışırsınız? Buyurun gedin polisə, prokurorluğa, İcra hakimiyyətinə müraciət edin” deyirdim. Sonra adım çıxdı ki, guya mən MTN-in adamıyam. Necə də gülməlidir!

Məni İsmayıllıda ən yaxşı tanıyan, illərlə polis rəisi olmuş çox sevdiyim şəxs Nizami Qocayevdir. Deportasiya edildiyimi telefonda eşitdikdə o qədər çox təəccübləndi ki… “Burada səni və Azərbaycana olan sevgini ən yaxşı bilən mənəm, bu necə ola bilər?” dedi.

Ermənistandakı türk firmalarını şikayət edib bağlatdırdı, Azərbaycandan deportasiya edildi – Ziya Şahinlə müsahibə


Deportasiya edilməyim üçün heç bir ciddi səbəb yoxdur, ola da bilməz. Əgər mən vergidən yayınmışamsa, nə üçün məni deportasiya edirsiniz? Tutun və haqqınızı tələb edin. Əgər siyasətlə məşğul olmuşamsa, məni tutun və cəzalandırın. Əsla belə bir şeylər olmayıb.

– Bildiyimizə görə siz Azərbaycandaykən türkiyəli firmaların Ermənistanda iş görməməsi üçün xeyli çalışmısınız. Bu barədə məlumat verə bilərsiniz?

– Bəli, doğrudur. Hələ bir də Azərbaycanı sevirmiş kimi özünü tanıdaraq, gedib İrəvanda distribüter olanlar məni çox qəzəbləndirirdi. 2006-cı ildə Bakıya o zamankı Mədəniyyət nazirimiz Atilla Koç gəlmişdi. Mən tədbirlərin birində Nazirdən soruşdum: Türkiyəli bəzi firmalar nə üçün İrəvana gedərək orada çalışırlar? Bu, başqa şirkət sahibləri üçün pis nümunədir. Nə üçün əvvəlcə Azərbaycana gəlmirlər? Dedim və şirkətin adını çəkdim.

“Bu barədə nə deyəcəksiniz, cənab nazir?”, soruşduqda isə heç bir məlumatının olmadığını və Ankaraya getdikdə bu mövzunu şəxsən araşdıracaqlarını dedi. Bundan sonra jurnalistlər, media mənsubları mənə yaxınlaşaraq mövzu barədə suallar soruşdular. Mən də hamısını danışdım. 2 gün sonra bu mövzu qəzet və televiziyalarda xəbər oldu. Daha sonra İrəvanda şirkət sahibi, Malatyalı həmyerlim olan iş adamı Azərbaycan mətbuatına İrəvandakı iki şirkətinin də bağlandığını açıqladı. O, İrəvandakı açılışa bir təyyarə dolusu jurnalist və iş adamı aparmışdı. Bu jurnalistlərdən biri də FETÖ-cü məşhur jurnalist Ünal Tanık idi (İndi FETÖ ilə işbirliyiə görə həbsdədir). Azərbaycanda olarkən mənə zəng vurdu, çox əsəbiləşmişdi. FETÖ üzvləri tam bir erməni heyranlarıdır. Bilirsiniz ki, məşhur prokuror Zekeriya Öz də əvvəlcə İrəvana sığındı, sonra Almaniyaya getdi.

– Məşhur bir sənətkarı razı salaraq Azərbaycanda konsert verməyə dəvət etdiyiniz düzdür?

– O, dünyaca məşhur sənətçi Sami Yusufdur. Məşhur teatr aktyoru rəhmətlik Siyavuş Aslanın oğlu Eldar Aslan dostumdur. 2006-cı ildə mənə dedi ki, istəyirəm ki, Sami Yusufi Bakıya gətirək, konsert versin, lakin onunla əlaqə yarada bilmirəm. Mənə kömək edə bilərsən? Razılıq verdim. Çünki Saminin 6 menecerindən biri 20 illik dostum idi. Səhəri gün Misirdəki dostuma zəng etdim, görüşdük, beləliklə işə başlamış olduq. Lakin Azərbaycanı heç tanımırdılar. Hətta sonradan biri mənə dedi ki, biz Azərbaycanın bu qədər gözəl olduğunu bilmirdik. Buranı bir çöllük hesab edirdik. Əvvəlcə menecerləri gəldi. Mən onları İsmayıllıya və Qəbələyə apardım. Gəzdilər, şəkillər çəkdilər, o yerləri çox bəyəndilər.


Təxminən 4 ay çalışdıq. Çünki orkestr üzvləri Misirdən, rəhbəri Amerikadan, Saminin özü, ana-atası və həyat yoldaşı isə İngiltərədən gəldilər. Cəmi 60 nəfər idi. Təyyarə biletlərini eyni vaxta təşkil etmək, otel tutmaq asan iş deyildi. Bakıda Avropa otelində otaqlar tutduq. Gəldiyi gün Sami və özü kimi musiqiçi, məşhur bəstəkar Firuz Yusuf səhərə qədər yatmadılar. “Azərbaycanım” adlı mahnının söz və musiqisini yazdılar.

Hətta Sami Yusuf geri qayıdarkən Bakı hava limanında mənə Azərbaycanı çox bəyəndiyini və bir gün burada mütləq klip çəkəcəyini dedi. Təəssüf ki, deportasiya edildiyim üçün bunu və bunabənzər layihələri tamamlaya bilmədim. Məsələn, çox istədiyim layihələrdən biri də Alim Qasımovu Türkiyədə bir neçə televiziya proqramına çıxartmaq, bir neçə konsert proqramı ilə çıxış etməsini təşkil etmək idi. Mən onunla tanış olmuş, sevmiş və alicənablığını təqdir etmişdim.

Düzü, Azərbaycanda ümumilikdə yazarlar, rəssamlar, sənətçilər, alimlər çox alicənabdırlar. Məsələn, mən rəhmətlik Bəxtiyar Vahabzadə, Siyavuş Aslan, millət vəkili Fazil Mustafa, Adil Əliyev, Alim Qasımov, rəhmətlik şair Məmməd Aslan, Niyaməddin Musayev, Munis Şərifov, Agil M. Quliyev kimi bir çox insanlarla tanış oldum, hər biri də çox təvəzökar insanlardır.

Ermənistandakı türk firmalarını şikayət edib bağlatdırdı, Azərbaycandan deportasiya edildi – Ziya Şahinlə müsahibə


– 10 il Azərbaycanda yaşadınız. Azərbaycan xeyrinə başqa hansı işlər görmüsünüz?

– 10 il ərzində heç dayanmadım. Daima Azərbaycan xeyrinə nələr edə biləcəyimi düşündüm və çoxunu da həyata keçirtdim. Çünki Azərbaycan dedikdə ağlıma gələn ilk şey pul qazanılacaq ölkə olması idi. Lakin mən əsla Azərbaycanda pul qazanmağı düşünmədim. Tam əksinə, həmişə Azərbaycan xeyrinə pul xərcləməyi düşündüm. Çünki mənim əcdadım Nuri Paşa və əsgərləri (hamısına Allah rəhmət eləsin) 1918-ci ildə Azərbaycana can verməyə getdilər. Mən də nəvələri olaraq, bu gözəl ölkə üçün necə pul xərcləməyə bilərdim?

İlk öncə aşiqin sevgilisinə hədiyyəsi misalı Azərbaycanı tanıdan bir sayt qurdum. Dünyaca məşhur sənətçi Sami Yusifi Bakıya konsertə gətirdik. İrəvandakı türkiyəli şirkətləri bağlatdırdım. Bakıda türkiyəli tanınmış iş adamıyla məşhur TV proqramçısı Seyfullah Türksoyu tanış etdim. İş adamı sponsor oldu, İsmayıllı, Qəbələ, Lahic və Saatlıda Azərbaycanı tanıdan videolar çəkdik. Başda “Kanal 7” olmaqla bir neçə televiziya kanalında Azərbaycanı dünyada milyonlarla insana tanıtdıq. Azərbaycanlı dostlarım Türkiyədən bir xanım yazar istədilər, köməklik etdim, gətirdik. Bakıda 2 gün konfrans keçirildi. Almaniyada davamlı olaraq Azərbaycan əleyhinə verilişlər çəkən bir TV-yə dəfələrlə zəng vurdum, “bu verilişləri dayandırın”, dedim. Sözümü dinlədilər, dayandırdılar. Sonra Prezident seçkilərinə eyni televiziya kanalını dəvət etdilər, onlar da gəlib iştirak etdi.

Türkiyənin ən çox oxunan qəzetlərindən olan Hürriyet-ə Azərbaycanla bağlı yazılar yazdım. Nuri Paşanın əsgərlərindən birinin nəvəsi Mehdi Osmanovu araşdırmalar nəticəsində tapdım. Önəmli bir jurnal üçün müsahibə aldım. Çox oxundu, hətta bizim Türkiyə Səfirliyimizdən mənimlə əlaqə yaratdılar, çox təşəkkür etdilər.
Bir çox xəstəyə yardım etdim, Trabzona, İstanbula müalicəyə getdilər.

İTV radio ilə Türkiyədən bir radionun ortaq yayım etməsi fikri mənim idi, buna nail olmağa cəhd etdim. Nəticədə, İTV ilə TRT arasında bu yayım həyata keçirildi.

Qərbi Azərbaycandan olan və İsmayıllıda yaşayan Məhərrəm adlı bir kişinin 170 il əvvəl Türkiyəyə köçmüş qohumlarını uzun araşdırmalardan sonra tapdım. Onların telefonla bir-birilə əlaqə yaratmalarına kömək etdim. Saya bilmədiyim bir çox işlər həyata keçirtdim. Bunları Allah xatirinə etdim.

İsmayıllıda bir məzarlıq var, rəvayatə görə, Nuri Paşanın əsgərləri orada basdırılıb. Qəbiristanlığın adı Culyandır. Məzar daşları ərəbcə yazılıb, yerlərdə sürünür. Daşlar qırılıb, üzərindən heyvanlar keçir. Öz pulumla oranı düzəltmək istədim, icazə vermədilər.

– Bir daha deportasiya edilməyə geri qayıdaq. İlk dəfə bunu eşitdikdə necə reaksiya verdiniz?

– Təbii ki, çox üzüldüm. 2014-cü il avqust ayında İstanbula gəlmişdim. 1 həftə sonra Bakıya qayıtdıqda hava limanında mənə “Sən eyni təyyarə ilə İstanbula geri qayıdacaqsan, deportasiya edildin” deyildi. Mən o qədər çox təəccübləndim ki. Soruşdum ki, günahım nədir? Evim, bağım, əşyalarım, dostlarım – hər şeyim Azərbaycandadır. Təyyarədə 3 saat ərzində gözyaşı tökdüm. Hətta yanımda bir nəfər oturmuşdu, sonradan öyrəndim ki, Avropada professordur, məndən nə üçün ağladığımı soruşdu. Yaxınımı itirdiyimi düşünmüşdü. “Yox” dedim, 10 il Azərbaycanda yaşadım, gecə-gündüz Azərbaycan üçün çalışdım, indi də məni deportasiya etdilər. Professor o qədər çox kədərləndi ki, izah edə bilmərəm! İstanbula gəldim, səhəri gün Azərbaycan Səfirliyinə getdim. Orada çalışan Seymur və Tural adlı şəxslərə gözyaşı ilə yaşadığım vəziyyəti danışdım, “yazılı müraciət et” dedilər. Etdim, amma hələ də rəsmi bir cavab almamışam.

Mənim bu deportasiya məsələmi həm Türkiyədə, həm də Azərbaycanda bir çox millət vəkilləri, jurnalistlər, iş adamları bilir. Hətta bizim Məclis spikerimiz İsmayıl Kahramana, İstanbul valisi Vasip Şahinə də şəxsən danışmışam. Hətta sizin Yeniçağ.az-ında üzv olduğu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da vəziyyəti yaxşı bilir.
Lakin mən inanıram ki, bu müsahibədən sonra Azərbaycanda Prezident Aparatındakı aidiyyatı şəxslər, xüsusilə də Əli Həsənov vəziyyətdən xəbərdar olacaq, bu səhvi düzəldəcək və deportasiya qərarını ləğv edəcək. Mənim kimi Azərbaycana heyran biri buna layiq deyil. Prezident cənab İlham Əliyev daima Azərbaycana gələn qonaqlara diqqət göstərilməsini tələb edir. Bilirsiniz, ən çox da, 27 günlük ikən aldığım və indi 12 yaşında olan itim üçün darıxıram.

– 15 iyulda küçələrdəydiniz. Hətta telefonda danışarkən səsiniz yuxusuzluqdan çox pis gəlirdi. O gecə nələr yaşadığınızı danışa bilərsiniz?

– Mən bir çox çevrilişlərə şahid olmuşam. 1980-ci il 12 sentyabr hərbi çevriliş də bu qisimdəndir. Lakin bu 15 iyul çevriliş cəhdi dünyada ən əxlaqsızca edilməyə çalışılan çevriliş idi. Düşünün, sizi qoruduğunu hesab etdiyiniz təyyarələrlə, tanklarla, bombalarla, silahlı əsgərlərlə sizə, xalqa, Prezident Sarayına, Məclisə hücum edirlər. İsti bir yay günü idi. Evdə televizorda, internetdə qəribə xəbərlər gördüm. Bir az sonra hərbi təyyarələrin səsləri eşidildi. Ardınca prezidentimiz Ərdoğan küçələrə çıxmalı olduğumuzu dedi. Dərhal dostlarla yollara çıxdıq.
Əvvəlcə Atatürk hava limanına Prezidentimizi qarşılamağa getmək istədik, olmadı. Yollar dolu idi. Bir yandan da AKP-dən gələn təlimatlara əməl etdik. “Hər kəs olduğu bölgəyə sahib çıxsın”, dedilər. Biz də yaşadığımız bölgədə qaldıq, təlimatlara əməl etdik. O əsnada nə başımız üzərindən keçən hərbi təyyarələr, nə “Trakya tərəfindən gəlir”, dedikləri tanklar, nə də silahlı əsgərlər əsla bizi qorxutmadı…

Bu arada xalq silahları ilə havaya atəş açır, hər ehtimala qarşı qabaqlayıcı tədbirlər görürdülər. Təbii ki, biz bu andan etibarən evin yolunu unutduq. Yuxu ehtiyacımızı adətən, maşınlarımızda bir neçə saat yatmaqla qarşılayırdıq. Bu qəhrəman xalqla nə qədər qürur duysaq, azdır. Düşünün ki, insanlar tankların önündə uzandı. Biz bu cənnət Vətənimizi qanımızın son damlasına qədər qoruyacağıq. Bu, bizim namus-şərəf məsələmizdir. Türkiyəni qorumaq bir yana, bu xalqa desələr ki, sabah Qarabağ torpaqları alınacaq, inanıram ki, 1 saat ərzində Türkiyədə 1 milyon insan qeydiyyatdan keçəcək.

– Xainlərin hamısı zərərsizləşdirildi? Bu barədə əksik gördüklərinizdən danışa bilərsinizmi?

– Xeyir, əsla. Hazırda FETÖ üzvləri özlərini gizlədirlər. Hətta gizləməklə də qalmırlar, Ərdoğan, AKP, iqtidar tərəfdarları kimi görsənirlər. FETÖ üçün hər cürə əxlaqsızlıq, alçaqlıq yolveriləndir.
Hazırda daha diqqətli olmalıyıq. İqtidar tərəfdarı kimi görünənlərin keçmişdə kimlərin yanında olduqlarını nəzərə almalı və ona görə tədbirli davranmalıyıq.

– Türkiyə referenduma hazırlaşır. 16 apreldə necə bir Türkiyə gözləyirsiniz?

– Mən referenduma çox da önəm vermirəm. Önəmli olan Prezidentimizin sağlığı, səhhəti və iqtidarın birliyidir. Bunlar olduqdan sonra geri qalan çox da önəmli deyil. Qatar öz reysi ilə gedir və gedəcəkdir. Mən bir müsəlman olaraq duaya çox önəm verirəm. Ərdoğan və iqtidar bütün dünyada məzlumların duasını alır. Bu dualar da onları həmişə qoruyur. Referendumda əlbəttə ki, “Evet” çıxacağını gözləyirik. Lakin “Hayır” çıxsa da, reysə oturmuş qatar yoluna davam edəcək. “Evet” çıxsa, qatarımız daha sürətlə gedəcək.

– Türkiyənin məşhur şairlərindən olan Yavuz Bülent Bakiler “Azərbaycan ürəyimdə şah damardır” deyir. Ziya Şahin üçün Azərbaycan nədir?

– Yavuz Bülent Bakiler tanıdığım, hörmət bəslədiyim bir böyüyümüzdür. Çox gözəl deyib. Bizim üçün də Azərbaycan candır, canandır, vücudumuzun bir parçasıdır. Ona ziyan vuran kiçik bir şey belə vücudumuza zərər verər. Mən Azərbaycanda 10 il yaşadım, həqiqətən də, Azərbaycan və Azərbaycandakı qardaşlarımız görülməyə dəyər. Azərbaycanı heç olmasa, bir dəfə görməyi hər kəsə tövsiyə edirəm.
Türkiyədə insanlar Azərbaycanı çox sevirlər. Lakin istəyirəm ki, bu sevgi oraları görməklə, daha da artsın.
Azərbaycanda yaşayan xarici vətəndaşlara deyirəm ki, Azərbaycan dərin tarixi- mədəni zənginliyə sahibdir. Bunları yaxından tanıyın. Çox məlumat toplayın. Ölkənizdə danışa biləcəyiniz bir şeylər olsun.

– Ziya bəy bu müsahibə üçün sizə çox təşəkkür edirik. Azərbaycan sevginizi Allah heç bir zaman ürəyinizdən çıxartmasın.

– Mən də daima yaxından izlədiyim, çox oxunan xəbər saytı Yenicag.az-a və FETÖ ilə ciddi mübarizəsinə görə Türkiyədə çox tanınan təsisçi və Baş redaktor Aqil Ələsgər bəyə, sizə və bütün heyətinizə çox təşəkkür edirəm./yenicag.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?

    FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu? ...

    15-12-2017, 13:05

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədovun qatarı relsdən çıxdı

    Ziya Məmmədovun qatarı relsdən çıxdı ...

    29-01-2014, 13:33

  • 
  • Ziya Məmmədovun saunası yandı

    Ziya Məmmədovun saunası yandı ...

    13-12-2013, 16:12

  • 
  • Cahangir Hacıyevlə Ziya Məmmədov toqquşdu

    Cahangir Hacıyevlə Ziya Məmmədov toqquşdu ...

    27-08-2013, 01:37



Bu sayımız

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Yanvar 2021 (442)
Dekabr 2020 (582)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (678)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu