GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Müsahibə » "Azərbaycanda oxuduğum universitetin diplomu xaricdə tanınır, bizdə yox" - GİLEY

"Azərbaycanda oxuduğum universitetin diplomu xaricdə tanınır, bizdə yox" - GİLEY

Tarix: 19-02-2021, 19:38 Bölmə :Müsahibə Baxış: 60
"Azərbaycanda oxuduğum universitetin diplomu xaricdə tanınır, bizdə yox" - GİLEY


Bu günlərdə Bakı İslam Universiteti məzunlarının sosial mediada aktiv olaraq tanınmayan diplom problemlərindən danışdıqlarına şahid oluruq. Cəmiyyətin bir çox sahələrində fəaliyyət göstərən Bakı İslam Universitenin məzunları mətbuat vasitəsilə diplom problemlərini həll edə bilmədiklərini dilə gətirirlər.

Bu minvalla Yeniavaz.com saytı olaraq bir qrup Bakı İslam Universitetinin məzunundan yaşadıqları problemlə bağlı müsahibə aldıq.

Həmin reportajı təqdim edirik:

- Buyurun, özünüzü təqdim edin...
- Mən Sahib Altay. Bakı İslam Universitetinə 2008-ci ildə qəbul olmuş, 2013-cü ildə də həmin universitetdən məzun olmuşam. Qeyd edim ki, mən əvvəlcə Bakı Dövlət Universitetinə Dövlət İmtahan Mərkəzinin apardığı dövlət imtahanı nəticəsində qəbul olmuşam. Müəyyən səbəblərə görə transfer yolu ilə Bakı İslam Universitetində keçmiş və təhsilimi burada davam etdirmişəm.

- Bu gün yaranan problem əsasən nədən ibarətdir?
- Yaranan problem budur ki, Bakı İslam Universitetinə 2009-cu ildən əvvəl qəbul olmuş məzunların diplomları bu gün heç bir dövlət orqanı tərəfindən tanınmır. Təhsil Nazirliyi 2009-ci ildən əvvəl, yəni hələ universitetə qəbulun daxili imtahan yolu ilə aparıldığı dövrlərdə qəbul olan tələbələrin diplomlarını yox sayır. Qanunvericiliyə əsasən diplomların tanınması, ya da tanınmaması üç status şəklində dəyərləndirilir. Var attestasiya komitəsinin qeydiyyatından keçmiş diplomlar. Bunlar bir başa qəbul olunan diplomlardır. Var saxta diplomlar ki, heç bir təhsil prosesi keçilmədiyi halda qeyri-qanuni olaraq əldə olunur. Bunu biz illər öncə Beynəlxalq Universitetin fəaliyyətində görmüşdük. Bir də var diplom nümunəvi olmayan diplomlar. Bunlar saxta diplomlar hesab olunmur. Məhkəmə qərarına əsasən Bakı İslam Universitetinin məzunlarının diplomları saxta diplomlar sayılmır, sadəcə dövlət nümunəvi deyil. Bizim də tələbimiz odur ki, bizim diplomlarımız dövlət nümunəvi diplomlarla əvəz edilsin.

- Bu problemlərlə nə vaxtdan üzləşirsiniz?
- Əslində bu problemlər çoxdan üzə çıxıb. Diplomlarımız Təhsil Nazirliyi tərəfindən tanınmadığına görə dövlət qurumlarında işləyə, ikinci ali təhsil ala, Azərbaycan daxilində magistr təhsilinə başlaya bilmirik. Bu problemləri Bakı İslam Universitetinin 3550 məzunu deyərdim ki, uzun illərdir yaşayıb və yaşayırlar. Sadəcə olaraq bu problemimizə qulaq verən, məsələni həll edən bir dövlət qurumu hələ ortaya çıxmayıb.

- Səhv etmirəmsə məzunlar içərisindən toplu halda, ya da fərdi şəkildə məhkəməyə müraciət edənlər olub. Hansı nəticələri əldə etmisiniz?
- Bu problemlə qarşılaşan məzunlar olaraq ayrı-ayrılıqda və bir-birimizdən xəbərimiz olmadan mübarizə aparmışıq. Bu minvalla ortada çoxsaylı məhkəmə qərarları, məhkəmə prosesləri var. Qarşılaşdığımız bu çətin şərtlərdən onu da gördük ki, məsələdə həm də xeyli ziddiyyətli məqamlar var. Misal üçün, Bakı İslam Universitetinin məzunları arasında iki nəfər eyni məhkəməyə müraciət eləyib, eyni hakimin rəhbərliyi altında məhkəmə prosesi keçib, iki ay vaxt aralığı ilə birinin diplomu təsdiq olunub, digərinin diplomu təsdiq olunmayıb. Halbuki bu iki məzun Bakı İslam Universitetində eyni qrupda oxuyublar, sinif yoldaşıdırlar, eyni ildə eyni universiteti bitiriblər.

- Bakı İslam Universitetinin məzunları Türkiyədə magistr təhsili ala bilirlər. Bəs bu necə olur?
- Məsələ budur ki, bu universitetin diplomu ilə mən gedib Türkiyədə magistr təhsili almışam. Hazırda doktorantura pilləsindəyəm. Həmçinin Bakı İslam Universitetindən aldığım adicə bir arayış ilə 67-dən çox ölkənin qatıldığı beynəlxaq olimpiadada iştirak etmiş və orada yer tutmuşam. Elə bir mənzərə yaranır ki, Bakı İslam Universitetinin diplomlarını sanki bircə məzun olduğumuz ölkənin Təhsil Nazirliyi tanımır. Bizi sıxıntıya soxan, əlimizi, qolumuzu bağlayan da məhz budur.
Bu gün də Türkiyədə oxuyan Bakı İslam Universitetinin məzunları var. Kimisi magistr pilləsini keçib, kimisi artıq doktorantura pilləsini başa vurub. Bu məzunlar Türkiyənin dövlət işlərində çalışırlar. Çox maraqlıdır ki, Azərbaycanda oxuduğum universitetin diplomunu xarici ölkə tanıyır, misal üçün, qonşu Türkiyə tanıyır, başqa ölkələr tanıyır, Azərbaycanın özündə tanınmır.

- Bu gün bu məsələnin bu şəkildə qabarmasının səbəbi nədir?
- Bir daha qeyd edirəm, bu problem çoxdan var. Sadəcə bu problemlə fərdi şəkildə rastlaşanlar olub, məhkəməyə müraciət edənlər olub, uğur qazananlar olub, uğur qazanmayanalr olub. Bu yaxınlarda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində Bakı İslam Universitetinin məzunlarından 4 nəfər işdən çıxarılıb.
Bir də bu yaxınlarda Bakı İslam Universitetinin məzunu olmuş bir Qarabağ qazisinin məhkəmə işi var. Dünən üçün onun işi Ali məhkəmədən Apelyasiya məhkəməsinə göndərildi. O iş də nədən ibarətdir? Həmin bu qazi Bakı İslam Universitetindən məzun olduqdan sonra ikinci ali təhsil almaq üçün başqa bir universitetə müraciət edib. Məlum olduğu kimi, ikinci təhsil zamanı Azərbaycan qanunlarına görə abituriyent kimi TQDK-nin imtahanından keçmirsən. Sadəcə müsabiqə yolu ilə universitetə qabul olub oxuyursan. Bu şəxs də sənədlərini, diplomunu göstərib və bu şəxsi ikinci ali təhsil alması üçün universitetə qəbul ediblər. Qeyd edim ki, ikinci ali təhsil alması üçün qəbul edildiyi universitet də dövlət universitetidir. Həmin universitetdən arayış götürərək gedib dövlət işinə qəbul olub. İkinci ali təhsil aldığı universitetin sonuncu kursunda oxuyanda həmin şəxsə deyiblər ki, sənə diplom verilməyəcək. Nə üçün? Çünki sən birinci ali təhsil aldığın Bakı İslam Universitetinin diplomuna əsasən ikinci ali təhsil almısan. Bakı İslam Universitetinin diplomu qəbul edilmədiyinə görə ikinci ali təhsilin də qanunvericiliyə uyğun olaraq doğru sayılmır. İnsanlar bu kimi problemlə qarşılaşırlar. Artıq Bakı İslam Universitetinin bütün məzunları bu problemləri yaşayırlar.

- Bəs problemin həll yolunu nədə görürsünüz?
- İndiyə qədər yaşadığımız problemlər onu göstərir ki, məhkəmələr yolu ilə bu problemi həll etmək mümkün deyil.

- Nəyə görə?
- Çünki bu məsələ ilə bağlı hər hansı dövlət qurumuna, misal üçün, Qafqaz Müsəlmanları İdarəsinə, Bakı İslam Universitetinin rəhbərliyinə, Təhsil Nazirliyinə, Nazirlər kabinetinə, yaxud Baş pkokurorluğa müraciət edəndə hər dövlət qurumu məzunu, ya da toplaşmış məzunları qrupunu başqa bir dövlət qurumuna yönəldir. Bu yönləndirmələr də zəncirvari şəkildə bir il davam edir. Sonra işi məhkəməyə veririk. Birinci məhkəmə 3 ay uzadır, birinci məhkəmə məhkəmə olur, ikinci məhkəmə 6 ay sonra olur. Bu günə kimi Bakı İslam Unievrsitetinin məzunlarından məhkəmədə uğur qazananlar var ki, onların diplomu dövlət nümunəvi diplomla əvəz olunub. Bir neçə belə məzun var. Həmin adamlar da bu uğuru qazanmaq üçün məhkəmələrdə illərini veriblər. Misal üçün 5 il, 3 il məhkəməsi gedən məzunlar var. İnsanların yaşı gedir, ömrü gedir. Elə adamlar var ki, bu diplomdan birbaşa asılıdır.



Məhkəmə qərarına əsasən Bakı İslam Universitetinin diplomları dövlət nümunəvi diplomlarla əvəzlənməlidir. Ortada isə heç bir nəticə yoxdur. Kimlər ki fərdi şəkildə məhkəmələrə müraciət ediblər, onların da məhkəmə prosesləri 3 il, 5 il davam edib. Onların diplomları təsdiqlənibsə, mənim, bizim diplomlarımız niyə təsdiqlənməsin? Eyni problemdirsə, eyni qanuna əsasən də qərar çıxıbsa, bu qərar digər məzunlara da şamil olunmalıdır.

Bakı İslam Universitetinin 2006-cı il məzunu Tural İrfan da yaranmış problemlə bağlı bəzi məqamlardan danışdı…
- Qeyd edim ki, universitetin hazırda Bakıda fəaliyyət göstərdiyi əsas korpus binası dövlətimiz tərəfindən çox da uzaq olmayan bir tarixdə tikilib. Ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev tərəfindən vəsait ayrılıb, universitet gözəl bir binaya qovuşub. Həmin universitet binasının açılışında dövlət başçısı şəxsən iştirak edib. Universitetin rektoru, tanınmış din xadimi, ictimai xadim Hacı Sabir Həsənliyə məhz dini təhsilin inkişafındakı xidmətlərinə görə (hansı ki, burada Bakı İslam Universitetini təhsilindən söhbət gedir), ölkə başçımız İlham Əliyev tərəfindən Şöhrət ordeni təqdim olunub.

Həmçinin 24 iyul 2019-cu il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. Bu ali mükafat Allahşükür Paşazadəyə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən təqdim olunmuşdur.
Lakin, təəssüflər olsun ki, bu qədər diqqət və qayğıya baxmayaraq, Bakı İslam Univesitetinin diplomlarının tanınmasında suni şəkildə çox ciddi problemlər, əngəllər yaradıblar. Bizim məzunlarımızın, tələbələrimizin ictimai nüfuzuna xələl gəlibdir. Bir neçəsini işdən çıxarıblar. Məndən əvvəl danışan müsahib Sahib Altayın yuxarıda vurğuladı kimi, hətta bir nəfəri həm işdən çıxarıblar, həm də diplomundakı probleminə görə şübhəli şəxs kimi hüquq-mühafizə orqanlarına cəlb ediblər. Bu kimi məsələlər çox ağrılı hallardır.

- Sizcə problemin mahiyyəti nədir?
- Bu problemin mahiyyətinin nədən ibarət olduğunu araşdırmağa bizim imkanımız yoxdur. Həm məzunu, həm də sabiq müəllimi olaraq deyə bilərəm ki, Bakı İslam Universitetinin fəaliyyəti birmənalı olaraq qanuna müvafiq aparılmışdır. Xarici dövlətlərin əksəriyyəti bu diplomları tanıyır. Bakı İslam Universitetinin min ildən artıq yaşı olan Misirin Əl-Əzhər Universiteti, Türkiyə universitetləri ilə əlaqələri olub və var, ancaq Azərbaycanda bizim universiteti qəbul eləmirlər. Azərbaycanda da müəyyən qurumlar bu günə kimi Bakı İslam Universitetinin diplomlarını tanıyırdı, müəyyənləri tanımırdı. Son dövrdə isə bir mənalı olaraq Bakı İslam Universitetinin diplomlarının tanınmasından imtina edildi.
İndi hansısa qanundamı boşluq olub, məmurların biganəliyimi olub, hansısa məmurun hansısa məmurla konfliktimi var, nədirsə, bunlar araşdırılsın. Məsələ öz həllini tapsın. Bizim məzunlarımız dövləti sevən, milləti sevən məzunlar olub.
Dünən bu problemlə bağlı Bakı İslam Universitetinin məzunlarından biri canlı yayımda çıxış edərkən Təhsil Nazirliyinin əməkdaşı Cəsarət Valehov canlı yayıma qoşulmuşdu. Orada üç dəfə “İslam İnstitutu” ifadəsini işlətdi. Rəhmətliyin oğlu hələ bilmir ki, İslam İnstitutu deyil, İslam Universitetindən söhbət gedir. Azərbaycan İlahiyyat İnstitutu var ki, bu təzə yaranıb və 3 ildir fəaliyyət göstərir. Bakı İslam Universitetinin 33 illik tarixi və yaşı var. Təhsil Nazirliyinin əməkdaşı hələ ayırd edə bilmir ki, bu universitetdir, yoxsa institut? Həmin canlı yayımda da Cəsarət Valehov məsələyə aydınlıq gətirməkdən yayındı.

İlahiyyat İnstitutu heyətinin BİU-nun Zaqatala filialını ziyarətindən bir foto

Bu gün biz işimizi-gücümü buraxaraq gəlmişik burada dərdimizi danışırıq. Burdan gedəcəyik başqa bir efirdə yenə bu problemi danışacağıq. İllərdir bu problemlərlə üzləşən Bakı İslam Universitetinin məzunları olaraq o qərara gəlmişik ki, bu məsələdə dövlət başçımıza, Cənab İlham Əliyevə, hörmətli birinci vitse-prezident Mehriban xanıma bütün məzunlar adından müraciət edək.

Türkiyənin Diyanət İşləri Başkanı Prof. Dr. Mehmet Görmezin Bakı İslam Universitetinin Zaqatala filialını ziyarətindən foto

Bəlkə həqiqətən bizim universitetin diplomları ləğv edilməlidir. Buyurun ləğv edin. Ancaq bunu da bir məntiqlə, qanuna uyğun olaraq edin. Yoxsa bu insanları niyə süründürürsünüz? Ləğv edin, sonra da elan edin. Biz də ömrümüzü, günümüzü, vaxtımızı, maddi-mənəvi resurslarımızı bu məhkəmə yollarında sərf etməyək. Qərar qəbul edin ki, bu ləğv olundu. Bu saxta imiş. Yaxud tanıyırsızsa, bunu düz əməlli tanıyın. Bu qədər insanı narazı salmaq, oxumuş, ali dini savad almış vətəndaşların 5 illik əməklərini zay etmək kimə fayda verir? Təhsil Nazirliyi bu işə çox ögey və biganə münasibət bəsləyir. Ümumiyyətlə aidiyyatı qurumlar bu işin həll olunmasında maraqlı deyil. Bu da əsaslı şübhələr yaradır ki, kimlərsə burada qaranlıq fikirlərə düşüb.
Cənab Prezidentimiz dəfələrlə deyib ki, bu kimi problemləri mənim nəzərimə çatdırın. Mətbuat vasitəsilə çatdırın, mənim saytıma yazın. Buna görə də ölkə rəhbərimizə etimad və etibar edərək ondan məsələmizin həll edilməsi ilə bağlı göstəriş verəcəyini gözləyirik. Çünki məmurların ümidinə qalmış bu halımızla heç bir nəticə əldə edə bilmirik. Problem cənab Prezident İlham Əliyevin nəzərinə çatan kimi bu məsələnin dərhal öz həllini tapacağına inanırıq. Biz kollektiv şəkildə ancaq ölkə rəhbərindən kömək gözləyirik.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Tibb Universitetini bitirib Türkiyəyə qayıtdı, diplomu tanınmadı

    Azərbaycan Tibb Universitetini bitirib Türkiyəyə ...

    14-08-2017, 23:21

  • 
  • Qafqaz Universitetinə yeni rektor təyin olunub

    Qafqaz Universitetinə yeni rektor təyin olunub ...

    2-09-2016, 12:09

  • 
  • Səfir müavini Azərbaycanda saxta diplom almaq istədi

    Səfir müavini Azərbaycanda saxta diplom almaq ...

    26-02-2016, 15:01

  • 
  • “Altay Göyüşov işə gəlmirdi” - Açıqlama

    “Altay Göyüşov işə gəlmirdi” - Açıqlama ...

    13-11-2013, 14:48

  • 
  • Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi rəsmləşdi

    Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi ...

    24-07-2013, 15:33

  • 
  • BDU-da bəzi tələbələr dövlət imtahanı və diplom müdafiəsindən azad olunublar

    BDU-da bəzi tələbələr dövlət imtahanı və diplom ...

    27-05-2013, 13:34



Bu sayımız

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Mart 2021 (135)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (733)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu