Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Yardımlı Rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib. Nazirin fevralın 5-də imzaladığı başqa bir əmrlə Fəqan Azadəliyev Goranboy Rayon Polis Şöbəsinə rəis göndərilib.
Qeyd edək ki, Fəqan Azadəliyev 2012-ci ildən Yardımlı rayonunun polis rəisi olub. O, bu posta Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisliyindən gətirilmişdi. Bölmə rəisliyindən rayon polis şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən F.Azadəliyevi 30-cu bölmədə deputat Aqil Abbasın oğlu Tuncay Abbasov əvəz etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?