Bakıda arvad ərini bıçaqlayaraq qətlə yetirib. Xəzər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə ötən gecə saat 22:30 radələrində rayonun Türkan qəsəbəsinin yeni yaşayış sahəsində baş verib.
Beləki, həmin sahədə yaşayan 1970-ci il təvəllüdlü Əliyeva Züleyxa Əli qızı ailə münaqişəsi zəmnində əri 1970-ci il təvəllüdlü Məmmədov Mütəllim Əliqulu oğlunu mətbəx bıçağı ilə bel nahiyəsindən bir dəfə vuraraq onu öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?