Bu gün saat 17 radələrində Elmlər Akademiyası metro-stansiyasının çıxışında, Zahid Xəlilov küçəsindən keçən su borusu partlayıb. Borunun partlaması nəticəsində bütün küçəni su basıb. Yolun ortasında açılmış çuxur avtomobillərin hərəkətinə mane olduğu üçün yol bağlanıb. Hadisə yerinə gələn “Azərsu” işçilərindən birinin əməkdaşımıza verdiyi məlumata görə, yaranmış problem gecəyə qədər tamamilə aradan qaldırılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?