Səlim Müslümov Tibbi Sosial Ekspert komissiya rəhbərlərinin əmək haqqını artırıbmı?
Deyəsən, S.Müslümov TSEK-lərin komissiya rəhbərlərinin əmək haqlarını artırıb. Nazir postuna oturar-oturmaz Səlim müəllim 15 TSEK müdirlərini bir araya toplayaraq özü də əmək haqqı azlığını dilə gətirmiş onların vəziyyətinə acımış və bundan kədərlənən TSEK müdirləri ərizə yazaraq əvvəlki peşələrinə qayıtmaq istəmişdilər. Beləliklə, S.Müslümov TSEK müdirlərini bu əzab-əziyyyətdən qurtarmışdı. Onların yerinə dərhal 3-4 nəfər elə onların aldığı əmək haqqı qədər əmək haqqı alan həkimləri xalatsız-filansız yoxlamalara göndərmiş çoxlu sayda soyuq havada sifətlərinə baxaraq 1-ci qrupu 2- ci qrup, 2-ci qrupu 3-cü qrup, 3-cünü isə ləğv etmişdilər. Görünür, bu əməliyyat öz müsbət nəticəsini vermiş və bütün bunların hesablarına əmək haqqı artımı baş vermişdir. 34 saylı İmişli Saatlı TSEK-nə 20 gün əvvəl Cavid həkim adlı yaxşı bir insan göndərmişdi. Başa düşmürük, 20 gündən sonra isə bir qadını həkim təyin etmişdir. Biz Məhəmməd (s.ə.s) peyğəmbərimizə aid bir hədisi danışmaq istəyirik. Bir gün əziz peyğəmbərimizin yanına gəlirlər ki, bəs sizin tövsiyələrinizdən sonra camaat yazı-pozu öyrənib. İndi ər-arvaddan, qardaş qardaşdan, bacıdan, əmioğlu əmioğludan, oğul atadan hamı bir-birindən yazır. Nə məsləhət görürsünüz? Peyğəmbər buyurur ki, anadan qadından bacıdan yazılmasın. Bir də, cahildən, cahildən, cahildən yazılmasın. Odur ki, biz peyğəmbərimizin tövsiyəsinə əməl edərək TSEK-in qadın həkimindən yazmayacağıq. Onsuz da indi kartof satan, dəmirçi, ustalar, bənnalar, işdən qovulmuşlar, həbsdə yatmışlar dönüb jurnalist olublar. Biz onların işinə qarışa bilmərik. Hörmətli Ədliyyə nazirimiz bu səlahiyyətləri rekert jurnalistlərə verib. Hamısının cibində jurnalist vəsiqəsi düşüblər məktəb və məktəb, idarə və idarələrə rekertlik edirlər. Əlimuxtar qağam da dəli olub artıq. Deyir ki: “Ömrümdə yaman səhv etmişəm, gərək mən də öz qəzetimi açaydım, altımda xarici maşınlar, restoran, çayxanalarım olardı, heyif mənim Qarabağda vuruşmağımdan. Mən bilsəydim ki, nəvəmin sosial yardımı kəsiləcək qəti vuruşmazdım. Səlim Müslümova görə vuruşmuşam mən?” O ki qaldı xanım həkim bacımıza görəsən o, ondan əvvəl 3-cü qurupların pensiyalarını ləğv edənləri araşdıracaqmı? Axı o binəva pensiyaçılar xəstəxanalarda yatıb, yazıq günə düşüblər. Onların dilənçi payını xanım bacımız araşdıracaqmı? Deyəsən, bu yaxınlarda cənab nazir ƏƏSMN işçilərini, rəislərini yığıb onların maaşını qalxızıb. Çünki, İmişliyə göndərdiyi reviziya 500-600 nəfərin dilənçi paylarını geri qaytarmaq üçün akt tərtib ediblər. Bunun da əmək haqlarını qaldırılmasına təsiri olmamış olmaz. Revizorlar kimin adına maşın yoxdur deyə arayış verməyənlərin aldıqları payı gözlərindən töküb. Ata-babalarından maşınları olmayanlar indi övladlarına maşın axtardıqlarına görə peşman olublar. 30 il bundan qabaq aldıqları maşınlar çürüsə də ayaqlarında imiş. Bir yandan da Səlim abi deyilənə görə maşın paylayır. Aldığımız məlumata görə, İmişli REŞ-ni Etibar Priverdiyev də ixtisara salır. 130 nəfər artıq aksiyaya hazırlaşır. Onlar işsiz qalacaqlar. E.Priverdiyevin nə borcuna. “Getsinlər xaricdə yaşasınlar, donuzdan-zaddan otarsınlar, gedib inək sağsınlar” Məhbub Zülfüqarlı
Sorğu
Yeni dizaynımız necədir?