Fransa prezidentinin Qafqaza səfəri müzakirə mövzusudur
"Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz ölkələrinə səfəri təsadüfi deyil. Belə ki, Fransa prezidenti Ukrayna münaqişəsi fonunda mayın 11-13-də üç keçmiş Sovet respublikası olan Azərbaycan, Gürcüstan və Ermənistana səfər etdi. F.Ollandın bu ölkələrə səfəri bölgədə mövcud olan donrurulmuş münaqişələrin birbaşa həlli ilə bağlı deyil. Prezidentin səfəri ilə rəsmi Paris keçmiş Sovet respublikalarına təzyiqlərini artırmağa davam edən Kremlə mesaj verdi". Bu barədə Fransanın “Le Monde” qəzetində nəşr edilən məqalədə deyilir. yazdığına görə, Cənubi Qafqaz regionuna səfəri zamanı Ukraynanın Donetsk və Luqansk vilayətlərində keçirilən referendumları tanımadığını deyən Fransua Olland bildirmişdi ki, Ukraynada qanuni seçkilər (prezident seçkilərini nəzərdə tütur – S.M) mayın 25-də keçiriləcək. F.Olland bu çıxışı ilə Kremlə mesaj verdi ki, Fransa Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı planlarının hər birinin qarşısında olacaq. “Le Monde”nin yazdığına görə, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə Azərbaycan və Ermənistana təsir gücünü artırmağa çalışır. Bu səbəbdən Kreml Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı şəraitin yaradılmasına imkan vermir.
Sorğu
Yeni dizaynımız necədir?