Müxalifətin son günlərdə həbs olunan hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi ilə bağlı yeni Müdafiə Komitəsi yaratmasını məqsədəuyğun hesab etmirəm.
Bunu Moderator.az-a açıqlamasında AXCP funksioneri Gözəl Bayramlı deyib.
Onun sözlərinə görə, Milli Şurada artıq son dövrlərdə həbs olunan bütün hüquq müdafiəçiləri və repressiyaya məruz qalan şəxslərin hüquqlarının müdafiəsini təşkil etmək məqsədi ilə Müdafiə Komitəsi yaradılıb və bu istiqamətdə fəaliyyətini də davam etdirir. Bu Komitənin yaradılmasında cəmiyyətin tanınmış simaları, ziyalılar, QHT nümayəndələri iştirak edib. Bu baxımdan müxalifətdə belə bir paralel təşkilatın yaradılmasına nə zərurət var, başa düşə bilmirəm? Bunu ancaq adıçəkilən komitəni yaradanlar izah edə bilər. Çünki orada elə siyasi partiyalar var ki, onlar hakimiyyətin mövqeyini müdafiə edirlər. Onlar siyasi məhbusların mövqeyini necə müdafiə edəcəklər? Mən Milli Şuranın sədri Cəmil Həsənlinin bir fikri ilə razıyam ki, artıq müxalifət düşərgəsində də müxalifətin bir xətti cızılıb və mən də onun bu fikri ilə razıyam. Bəli, 2013-cü il prezident seçkiləri zamanı müxalifətin xətti müyəyənləşdi və kimin müxalifət olduğu ortaya qoyuldu. Ona görə də mən belə tədbirlərin keçirilməsini və yaxud belə tədbirləri təşkil edənləri sözün düzü başa düşə bilmirəm.”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?