Məharət Mustafayev barəsində araşdırma aparıldığı bildirilir
Sentyabrın 10-da prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunmuş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev barəsində Göygöl rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Əldə etdiyimiz məlumata görə, M.Mustafayev hələ icra başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb. Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə prezident İlham Əliyevə məruzə olunduqdan dərhal sonra M. Mustafayev tutduğu vəzifədən azad olunub. Hazırda Göygöl Rayon Prokurorluğunda onun barəsində araşdırma aparılır. Dünən Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb olaya münasibət öyrənmək cəhdlərimiz nəticə vermədi. Qurumdan xəbər nə təsdiq, nə də təkzib olundu (bizimyol.info).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?