Biləcəri Dəmir Yolu Stansiyasında yanğın olub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 16-da saat 15 radələrində Biləcəri Dəmir Yolu Stansiyasında elektrovozun mühərrik hissəsində yanğın baş verib. Nəticədə tüstüdən zəhərlənən maşinist İlqar Cavadov və Arif Mahmudov xəstəxanaya yerləşdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?