Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.
gundemxeber.az AzərTAc-a istinadən verdiyi məlumata görə, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev səs verdi.
Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?