Azərbaycanın Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 23-də Lerik şəhərində qeydə alınıb. Lerik rayon sakini, 33 yaşlı Camaləddin Cəbrayıl oğlu Surətov şəxsi münaqişə zəminində qayınanası, 57 yaşlı Laləni, həyat yoldaşı, 24 yaşlı Məhsətini odlu silahla qətlə yetirib və daha sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı rayonun Pirzəküçə kəndinə yollanıb. Daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Qətlin səbəbləri barədə hər hansı bir açıqlama verilmir.
Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb.
Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.
Bu arada dəhşətli ailə faciəsini törədən şəxsin məmur oğlu olduğu müəyyənləşib.
Publika.az saytı məlumat yayıb ki, Lerik rayon sakini Camaləddin Cəbrayıl oğlu Surətov Camaləddinin atası Cəbrayıl Surətov Lerik rayon Təhsil Şöbəsinin müdir müavinidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?