“The Britian`s Got Talent” yarışmasının münsiflər heyətindən ingiltərəli aktrisa Amanda Holden müdiri olan Simon Cowellin üzünü döymə şəklində baldırına çəkdirib.
44 yaşlı Holden qatıldığı TV proqramında paltarının ətəyini yuxarı sıyırıb bu döyməyi hər kəsə göstərib. Bu döyməni görən tamaşaçılar da bir anda həyəcanlanıb. Amanda Holden isə bunun tamamilə bir zarafat olduğunu söyləyib. Amanda Holdenin bu davranışı “gözəlliyini göstərmək üçün hər fürsətdən faydalanır” şəklində şərh olundu. Qeyd edək ki, Amanda Holden ilə Simon Cowell gerçək həyatda çox yaxın dostdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?