Bu gün saat 15:00-da Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi davam etdirilib.
Prokuror çıxış edərək hüquq müdafiəçisinə 4 il həbs cəzası verilməsini istəyib. Bu haqda müsavat.coma T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verdilər: “Ona qarşı tam saxta ittiham irəli sürülüb, heç bir günahı olmadan şərləyib həbsə alıblar. Dəfələrlə bu haqda aidiyyəti qurumlara müraciətlər ünvanlamışıq, özüm, rayon ağsaqqalları da prezidentə məktub yazmışıq. Bütün bunların ardından Taleh Xasməmmədova 4 il cəza istənilib. Məhkəmə müşavirəyə gedib. Bir azdan hökm oxunacaq. Bir daha prezidentə səslənirik, Talehin hansısa məmurların özfəaliyyəti nəticəsində məhkum olunmasına, iki balasının çarəsiz durumda qalmasına imkan verməməyinizi xahiş edirik. Onun heç bir günahı yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?