İş fəaliyyəti ilə məşğul olan Vaqif Şıxəlıyev yüngül cəza istədi, hakim onu həbsxanaya göndərdi
Şəki Apelyasiya Məhkəməsində vergidən yayınmaqda təqsirli bilinən “Retro-L” MMC-nin direktoru işləmiş Vaqif Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Vaqif Şıxəliyev 13 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınıb və hüquqi ünvanı Balakən rayonu Yeni Şərif kəndi olan, Bakı şəhərində fəaliyyət göstərən “Retro-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə rəhbərlik edib. O, 7731,82 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Vaqif Şıxəliyev Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham edilib və Balakən Rayon Məhkəməsinin hökmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və 2150 manat cərimə olunub.
Hökmdən narazı qalan Vaqif Şıxəliyev apelyasiya şikayətin verib və o, barəsində olan hökmün dəyişdirilməsini, həbs cəzasının islah işləri cəzası ilə əvəz edilməsini xahiş edib.
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Vaqif Şıxəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, əslən Füzuli rayonundan olan Mübariz Qaraşovu yaxından tanıyıb: “Mübarizə firmalar təsis edib və işlətmək istəyib. Ona Balakəndə firmada işləmək istəyən adamlar varsa tapmаğı, onların adına müəssisələr təsis etdirmək istədiyimi, həmin müəssisələri özümün işlədəcəyimi, əməliyyatları özüm aparacağımı, vergi orqanı ilə münasibətləri də özümün həll edəcəyimi, həmin təsisçilərə isə aylıq maaş verəcəyimi dedim. Mübariz Qaraşovun maddi imkanı aşağı olduğu üçün təklifim ilə razı oldu, mənim adıma müəssisə təsis etdirəcəyini bildirdi. Bunun müqabilində ayda ona 800 manat qeyri-rəsmi əmək haqqı verəcəkdim”.
“Məsuliyyəti özüm daşıyıram”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra Mübarizi Zaqatala şəhərində yerləşən 13 saylı Ərazi Vergilər İdarəsinə göndərib və orada “RetroL” MMC-ni təsis etdirib: “Həmin müəssisənin hüquqi sənədlərinin tərtib edilməsi ilə özüm məşğul
olmuşam. Bu müəssisənin fəaliyyətinə faktiki olaraq özüm rəhbərlik etmişəm. Müəssisənin adından bütün əməliyyatları özüm aparmışam”.
Vaqif Şıxəliyev bildirib ki, MMC-də Ramiz Rəhimovun adına da rəsmiləşdirilib: “Amma Razmi Rəhimovun “Retro-L” MMC-nin fəaliyyətindən heç bir məlumatı olmayıb. “Retro-L” MMC-yə Ramiz Rəhimov faktiki rəhbərlik etməyib, həmin cəmiyyətin direktoru özümün olub. Cəmiyyətin pin-kod və möhürünün müəssisə təsis olunandan bəri məndə olub. Vergi hesabatlarını vergi orqanına özüm təqdim etmişəm. Mübariz Qaraşov və Həmzət Camaldinovun “Retro-L” MMC-nin fəaliyyətindən heç bir məlumatları olmаyıb. Buna görə də cəmiyyətin fəaliyyətinə görə bütün məsuliyyəti özüm dаşımışam”.
“Əməlimdən peşmanam”
Təqsirləndirilən şəxs deyib ki, 2012-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi bəyannaməsini boş təqdim edib: “Həmin müddətdə mənə pul lazım olduğu üçün bəyannaməni boş vermişəm, vergini sonra ödəməyi fikirləşmişəm. Lakin sonra da həmin vergini ödəyə bilmədiyimi gördüyüm üçün dəqiqləşdirilmiş bəyannamə verməmişəm. “Retro-L” MMC-nin Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsi, Gəncə Müalicə-Diaqnostika Mərkəzi və Azərbaycan Respublikasi Milli Elmlər Akademiyası Neftkimya Prosesləri İnstitutu ilə əməliyyatlar özüm tərəfindən həyata keçirilib. əmin təşkilatlara mal satmazdan əvvəl müqaviləni özüm bağlamışam. Həmin təşkilatlarla bağladığı müqavilədə olan imzalar və qaimə-fakturalarda olan Vaqif Şıxəliyev adının qarşısında olan imzalar öz imzalarımdır. Azərbaycan Respublikasi Milli Elmlər Akademiyası Neftkimya Prosesləri İnstitutu, Gəncə Müalicə Diaqnostika Mərkəzi və Daxili Qoşunların Baş İdarəsinə “Retro-L” MMC-nin adından təqdim etdiyi müqavilə və qaimə-fakturalarda olan imzalar öz imzalаrıdır. Törətdiyim əməlimdən peşmаnam. Apelyasiya şikayətimin təmin edilməsini xаhiş edirəm”.
“Vaqif Şıxəliyev yalan danışır”
Şahid qismində ifadə verən Mübariz Qaraşov bildirib ki, “Retro-L” MMC-nin rəsmi sənədlərdə təsisçi kimi görünsə də, həmin cəmiyyətin apardığı heç bir əməliyyatdan məlumatı olmayıb. Onun sözlərinə görə, cəmiyyətin pin-kodu, möhürü cəmiyyət təsis olunduğu gündən Vaqif Şıxəliyevdə olub, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Vaqif Şıxəliyev edib. Digər şahid Ramiz Rəhimov bildirib ki, 2011-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub: “Bir neçə müəssisəyə rəhbərlik edir. Lakin 30 iyul 2013-cü ildə vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə həbs
olunmuşam. “Retro-L” adlı bir cəmiyyət tanımıram. Vaqif Şıxəliyev “Retro-L MMC-yə Ramiz Rəhimovun rəhbərlik etməyimi yalandan deyib. “Retro-L” MMC-nin adını ilk dəfədir ki, eşidirəm. Bu firma ilə ümumiyyətlə heç bir əməliyyat aparmamışam. Vaqif Şıxəliyev yalan danışır, mənim ümumiyyətlə “Retro-L” MMC-nin harada yerləşməsindən və hansı fəaliyyətlə məşğul olmasından məlumatım olmаyıb”.
Vaqif Şıxəliyevin vəkili Tural Həsənov çıxış edərək apelyasiya şikayətinin dəlillərini müdafiə edib. O, şikayətlərinin dəlillərini müdafiə edən və əsaslandıran izahatlar verib və apelyasiya şikayətlərinin təmin olunmasını xahiş edib. Prokuror Vidadi Cabbarov apelyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlanılmasını istəyib. Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?