İsmayıllı icra başçısı Mirdamət Sadıqovun fəaliyyəti sakinlərin narazılığına səbəb olub. İcra başçısı sakinlərin istirahət üçün meşələrdən, yaşıllıqlardan istifadə etməsinə imkan yaratmır.
Mirdamət Sadıqov İsmayıllı torpaqlarını iş adamlarına sataraq qazanc əldə edir. Bundan başqa icra başçısı başda olmaqla aidiyyəti qurum rayondakı yaşıllıqlara qənim kəsilib. İsmayıllı meşələrinin taleyi də təhlükə altındadır.
Etibarlı mənbələrin verdiyi məlumata görə, yaşıllıqların məhv edilməsi rayonun Yaşıllaşdırma İdarəsinə yeni təyin edilmiş müdir tərəfindən həyata keçirilir.
Məlumata görə, Yaşıllaşdırma idarəsinin müdiri Sadıq Bağırov rayon mərkəzindəki yaşıllıqları təmizlik adı ilə kəsib taxta sexlərinə satır. Məsələ ilə əlaqədar vətəndaşların şikayətini nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı bölgəsində yerləşən regional idarəsindən bildiriblər ki, onun qanunsuz əməlləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara baxmayaraq, qanunsuz əməllər davam etməkdədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?