Tural Abbaslının evinə Nəsimi rayon icra nümayəndələri tərəfindən basqın edilib
Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslının evinə Nəsimi rayon icra nümayəndələri tərəfindən basqın edilib. Tural Abbaslının musavat.com-a verdiyi məlumata görə icra nümayəndələri onun evinə icazəsiz girərək evdə olan əşyaları qeydə alıblar. “İcazəsiz aksiyalara görə tətbiq olunan cərimələri ödəmədiyim üçün bu gün Nəsimi rayon icra nümayəndələri evimə basqın edib, evdə olan bütün əşyaları qeydə alıblar. Bu hakimiyyətin bizə qarşı növbəti təzyiqidir. Bizi bu yolla qorxuda bilməyəcəklər. Bu cür yolla bizim inadımızı qırmaq istəyirlər, amma bilsinlər ki, bununla heç nəyə nail ola bilməyəcəklər və biz daha da qətiyyətlə mübarizə aparacağıq. Biz bu hadisə ilə bağlı müvafiq instansiyalara müraciət edəcəyik. Qaldı ki, cərimələrin ödənilməsinə, bir daha qeyd edirəm ki, biz bu cərimələri ödəməyəcəyik” deyə Tural Abbaslı bildirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?