"Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi ilə bağlı işlərin 60%-i yerinə yetirilib". "Azərbaycan Dəmir Yolları" QSC-nın sədri bu barədə açıqlama verib. Cavid Qurbanov şimal-cənub beynəlxalq nəqliyyat dəhlizindən də danışıb.
"Bakı-Tbilisi-Qars" dəmir yolu xəttinin Azərbaycan tərəfində aparılan tikinti işlərinin əksər hissəsi yekunlaşıb.
Yaxın vaxtlarda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin layihə - tikinti işlərinə başlanılması da nəzərdə tutulub.
İran tərəfi isə layihələndirmə işlərinə başlamalıdır.
Hazırda Azərbaycan və İran arasında yükdaşımaları avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu daşımaların həcmi 600 min tona yaxındır. Azərbaycan və İran dəmir yolu xətləri birləşdirildikdən sonra yükdaşımaların həcminin dəfələrlə artması, birinci mərhələdə 5 mln. tona, ikinci mərhələdə isə 10 mln. tona çatdırılması gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?