Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdulayevin qardaşı işdən xaric edilib . Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Gündəm Xəbər”ə bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə, Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elsevər Abdullayev, xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Qeyd edək ki, Elsevər Abdullayev ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşıdır və Ədiliyyə Nazirinin təqaüdə göndərilmiş sabiq müavini Akif Rəfiyevin də kürəkənidir.
Sorğu
Yeni dizaynımız necədir?