Türk səmasında Rusiyaya məxsus SU-24 qırıcısının vurulmasından sonra hər gün rusiya kanallarında müzakirələr gedir. “Vladimiri Solovyövom” , “Voskrestniy Veçer” verlişlərinə əsasən politoloq, jurnalistlər, rusiyanın “Yaxın Şərq Problemlərinin Araşadırılması Mərkəz”-nin rəhbərləri Semyon Bağdasaryan, LDP lideri Vladimir Jirinovski və əsasən, rus şoninist -millətçiləri yığışaraq şüvənlik qoparırlar.
Müzakirələrdə əsasən Türkiyə suçlu sayılır və bəzən də bu yaramaz siyasətçilər Türkiyəyə Atom silahının atılmasını tələb edirlər. Dünən “Voskrestniy Vecer” verlişində, Türkiyəni jurnalist, həmyerlimiz Fuad Abbasov təmsil edirdi. Həqiqətən də efir zalında təkbaşına Türkiyəni öz haqlı mövqeyində müdafiə edən Fuad Abbasov, hər kəsi yerində oturda bilirdi. Qürurverici məqam idi, bütün əks arqumentləri hər kəsin diqqətinə çatdırır Türkiyənin haqlı olduğunu qeyd edirdi.
Bundan əlavə jurnalist Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar zamanı, Türkiyə neytral xətt tutaraq bu sanksiyalara qoşulmayaraq Rusiya ilə iqtisadi-siyasi əlaqələrini davam etdirdi. Onun çıxışından sonra, birbaşa yayımlanan efir zalında Türkiyəyə qarşı aqresiv çıxışlar səngiməyə başladı.
Terrorla mübarizə adı altında Surriyaya soxulan Kreml uduzmağa məhkumdur. Nədən ki, super güclər: ABŞ, Böyük Britaniya, Fransa dolayısı ilə İran və İsrail Russiya ilə bərabər İŞİD qüvvələri üzərində qələbəni paylaşacaqlar!
Deməli bu heç də Rusiyanın təkbaşına dünya çapında ikinci “9 May” zəfəri kimi qəbul edilməyəcək...!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?