Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirib.
Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişində uğursuz əməliyyatından danışıb:
"Həmişə deyirdim ki, çalışacam, əməliyyat etdirməyim. Amma məcbur oldum. Ay yarım bundan əvvəl gözətrafımda əməliyyat etdirdim. Torbalar məni incidirdi. Makiyaj edəndə ağrı verirdi.
Həkim deyib ki, hələ 4 aya tam sağalacaq. Neçə il bundan əvvəl qeyri-peşəkar kosmetoloq mənə demədən gözümün altına gel vurmuşdu. Bu da məndə problem yaratmışdı".
M.İsgəndərli arıqlamasından da bəhs edib:
"20 kiloqram arıqlamışam. Ac da qalmamışam, əməliyyat da etdirməmişəm. Hər gün 10 kilometr açıq havada gəzirdim. Evdə isə 2 saat trenajorla məşğul oluram".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?