“Azərişıq” ASC sahibkardan 84.500 AZN istəyir, yaxud
Prezidentlə məmurlarda fikir ayrılığı sahibkarı hara aparır?
Qazaxda yaşayan sahibkar Eldar Carçıyev rayonda çoxsaylı iş yerləri açaraq vətəndaşların işlə təminatını yaradıb. Müxtəlif adda işlərlə məşğul olan işçilər iqtisadiyyatın çətin dönəmində aldıqları əməkhaqqı ilə ailələrini saxlaya bilirlər. Onu da bildiririk kı, Çarçıyevə onun işi keçəcək orqanlardan yaxşı dəstək olsa daha çox iş yerləri yarada bilər.
Təəssüflər olsun ki, Prezident İlham Əliyev hər çıxışında sahibkarlara yaradılan şəraitdən, onlara dövlət qayğısından danışsa da, sahibkarlara məmurlar tərəfindən olunan təzyiqlər şkalası aşağı düşmək bilmir. Baxmayaraq ki, prezident nazirlər kabinetinin axırıncı toplantısında da sahibkarlara olan maneçiliklərdən, onlara qarşı baş qaldırılan təzyiqlərin aradan qaldırılmasından danışdı.
Belə bir ərəfədə sahibkar Eldar Carcıyevə Qazaxın ermınilərlə həmsərhəd kəndi olan Xanlıqlarda yeni açacağıl “Əhəng” zavodunun istisimarına olan maneçiliklərdən danışmamaq olmur. Zavodda 120 nəfər vətəndaşın işləyəcəyi danılmazdır. Texniki şərtə uyğun qaz və su xətləri çəkilən zavod müasir dövrün tələblərinə cavab verir. Lakin zavodun işə düşməməyində sanki maraqlı qüvvələr də var. Məsələn, “Azərenerji” ASC və “Azərişıq” ASC “Əhəng” zavoduna işığın verilməsi üçün texniki şərtə Eldar Carçıyevdən 84.500 manat pul istəyir. Belə çıxır ki, prezident İlham Əliyevin dediklərindən bunlar xəbərsizdir. Bu yüksək məbləğdə vəsaitin istənilməsi, verilmədikdə maneələrin yaradılmsının özü birbaşa dövlətə xəyanətdir.
Redaksiyamıza o da bildirilir ki, sahibkar Eldar Carçıyevin həmin ASC-lərin məsul şəxsləri tərəfindən diqqətinə çatdırılıb ki, “əgər Eldar Carçıyev həmin vəsaiti verməsə işığın texniki şərti Qazaxdan deyil, Ağstafadan veriləcək. Ağstafadan Qazaxda istismara veriləcək “Əhəng” zavoduna işıq çəkilişi isə 200.000 manata başa gələcək. Yaxşı olar ki, sahibkar biz deyənlərlə bəri başdan razılaşsın!”
Məhz bu səbəbdən “Əhəng” zavodunun istismara verilməsi dayandırılıb. Orada işləyərək ailəsinə 1 parça çörək qazanacaq 120 nəfərin isə ağızı Allahda, dizləri
yerdədir ki, “Azenerji” ASC və “Azərişıq”ın sədrləri Etibar Pirverdiyev və Baba Rzayev tezliklə “ Əhəng” zavodunun işə salınması üçün işıq versin.
Redaksiyamıza o da bildirilir ki, sahibkar Eldar Carçıyevin həmin ASC-lərin məsul şəxsləri tərəfindən diqqətinə çatdırılıb ki, “əgər Eldar Carçıyev həmin vəsaiti verməsə işığın texniki şərti Qazaxdan deyil, Ağstafadan veriləcək. Ağstafadan
Qazaxda istismara veriləcək “Əhəng” zavoduna işıq çəkilişi isə 200.000 manata başa gələcək. Yaxşı olar ki, sahibkar biz deyənlərlə bəri başdan razılaşsın!”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?