Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib.
gundemxeber.az “Report”a istinadən xəbər verir ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında vəzifəsindən azad edilib.
***
Elnur Nağızadə Modern.az saytına açıqlamasında 150 min dollarlıq dələduzluq etməsi barədə ittihamdan xəbərsiz olduğunu bildirib.
“Bu haqda xəbərim yoxdur. İlk olaraq sizdən eşidirəm. Yalan informasiyadır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?