10 il məmma içində qalan adam oğuluğu haqda məsuliyyətsiz bəyanatlar; Səyyarə Heydərova kimin əlinə oynayır?
Mahir Abdullayevin hüquqlarının müdafiə komitəsinin üzvləri butun əziyyətlərə qatlanaraq damcı-damcı informasiya toplayıb Mahirin oğurlanma faktına müstəqil şəkildə aydınlıq gətirməyə çalışırlar. Bu qalmaqallı hadisəyə aydınlıq gətirilməsində zərərçəkmiş E.Abdullayevdən tutmuş, ta içtimayətin ayrı ayrı təbqələrindən olan onlarla insanların köməyindən yararlanmağa çalışırıq və inandırım sizi artıq komitədə kifayət qədər konfidensial xarakter daşıyan məlumatlar toplanmışdır. Hətta Azərbaycan Respublikası Baş Prokurorluğunun nəzdində yaradılmış Mustəqil İstintaq Komisiyasının heç bir əhəmiyyət vermədiyi və lazımı şəkildə sona kimi araşdırmadığı Nərimanov rayon məhkəməsinin keçmiş sədri Hacı Ağababa Babayevin , DİN-nin 7-ci idarəsinin əməkdaşı Rövşən Abasquliyevin , MTN-nin əməkdaşı İlqar Abbasovun rektor E.Abdullayevlə məlum videolarından, eləcədə komitənin İçtimai Təhqiqat Qrupunun əldə etdiyi faktlardan aydın olunmuşdur ki, Abdullayev Mahir İslam oğlu Azərbaycan Respublikası DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Müvəqqəti Saxlama İzolyatorunun rəisi tərəfindən qəbul edilib və bir müddət həmin izolyatorda saxlanılıb. Bu olay təxminən 2007-2008-ci illəri əhatə edir. Komitə olaraq ən azından bu ehtimalları irəli sürmək uçun çox ciddi bilgilərə malikik. Yəni M.Abdullayevin həyatda olmasına dair sonuncu ciddi məlumat bundan ibarətdir ki, yaxın vaxtlarda həmin məlumat komitə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, KİV-ri vasitəsi ilə Azərbaycan içtimayətinə, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinə, beynəlxalq təşkilatlara təqdim ediləcək. Lakin son zamanlar respublikanın kütləvi informasiya vasitələrində bir sıra informasiyalar öz əksini tapmışdırlar ki, həmin informasiyalar əsasən Abdullayev Mahir İslam oğlu heç də zərərçəkmişin qeyd etdiyi kimi oğurlanmayıb, əksinə sağ salamatdır, hətta bunu təsdiq edən video göruntulər də mövcuddur. Xüsusilə “Yeni Müsavat” qəzetinin elektron saytında dərc olunmuş “Mahir Abdullayev sağdır, bunu çoxdan bilirəm” başlıqlı Aygün Muradxanlının məqaləsini qeyd etmək lazımdır. Məqalə yazarın Səyyarə Heydərovadan goturulmuş musahibəsi əsasında dərc edilmişdir. Xatırlatmaq isteyirdik ki, hələ 11.03.2013-ci il tarixində, “Yeni Musavat” qəzetinin elektron saytında dərc olunmuş “Keçmiş rektorun kompromatlarını təftiş edən qadından yeni şok açiqlamalar” başlıqlı məqalədə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti, bir neçə ildir Fransada mühacirətdə yaşayan Ramin Nağıyev “Səyyarə Heydərovanın Gülər Əhmədovanın sifarişi ilə yayılan videomateriallarla bağlı saxta ekspert rəyi əldə etməyə çalışdığının” bildirilməsi öz əksini tapmışdır. Bu məqalədə yazarın suallarını cavablandırarkən S.Heydərova keçmiş müstəntiq R.Nağıyevin söylədiklərini qismən təsdiq edərək bildirmişdir ki, “Yanvarın 18-də Məni Gülər Əhmədova ilə bağlı açılan cinayət işi üzrə müstəntiq İsmayıl Ağayev 3 saat dindirib. Mən də bildiyim bütün faktları istintaqa danışmışam.” Elə həmin məqalədə yazarın S.Heydərovaya - Ramin Nağıyevin ekspertizaya vasitəçilik etməyiniz haqqında söylədikləri haqqında nə deyə bilərsiz? Sualını aşağıdakı kimi cavablandırmışdır: “ Bu haqda Gülər Əhmədovanın oğlu ilə görüşüb danışmışam. O, mənə bildirdi ki, anası bu işi mənim görməyimi istəyir. “ Bu azmış kimi həmin müsahibə zamanı S.Heydərova bildirir ki, -“ Gülər Əhmədova ümumiyyətlə o otaqda olmayıb. Görüntüdəki Gülər deyil. Bunlar hamısı professionallıqla qurulmuş oyundur. Həmin videoda mən sizə Gülər Əhmədovanın əvəzində Elşad Abdullayevin guya itmiş qardaşı Mahir Abdullayevi göstərə bilərəm. O, çəkiliş aparılan zaman orada olub.” İndisə qayıdaq S.Heydərovanın 23.03.2013 – cu il tarixli musahibesinə, yəni sonuncu söylədiyi cəfəngiyatla dolu fikirlərinə. S.Heydərova bu musahibesində 11.03.2013-ci il tarixində verdiyi musahibeni təkrarlamaqla bərabər, bir sıra yeni həqiqətə uyğun olmayan fikirlər söyləyir. S.Heydərovanın iddialarına görə, “ ABU rektorunun yaydığı ilk videoda onun illərdir itkin düşən qardaşı Mahir Abdullayev də görünür. Səyyarə Heydərova bildirir ki, Elşad Abdullayelə Ramin Nağıyev arasında əlaqə var, bundan başqa, R.Nağıyev Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Ramin Nağıyevlə Elşad Abdullayevin əlbir olmasında məqsəd Azərbaycandakı iri dövlət məmurlarından şantaj yolu ilə böyük pullar qoparmaqdır: “Ramin Nağıyev mənə Moskvadan, Yunanıstandan dəfələrlə zəng edərək hədələyib. Həmin nömrələrə Azərbaycanın yüksək rütbəli məmurlarına da şantaj zəngləri daxil olub. Ancaq mən susmaq fikrində deyiləm. Bir daha bildirirəm ki, Mahir Abdullayev sağdır və mən bunu çoxdan bilirəm. Elşad Abdullayevin yaydığı ilk videoda Mahir Abdullayev görünür. Montaj da elə buna görə edilib”. İlk baxışdan S.Heydərovanın müsahibəsində hörmətli oxucunun ola bilər ki, ciddi bir mesaj diqqətini cəlb etməsin. Amma diqqət edin bu fikirlər artıq saqqız kimi bir muddətdir çiynənilməkdədir. Bu fikirləri hər birimizin duşunduyu kimi sıradan olan gənc bir xanım yazar, heç də böyük həyat təcrubəsi olmayan insan, yürüdülən fikirlərə dair mütəxəsis olmayan şəxs söyləyir. Amma əslində S.Heydərova haqqında oxucularımızın bilmədikləri nyuanslarda vardır. S.Heydərova kifayət qədər hazırlıqlı, ən azından MTN-nin izolyatorunun abuhavasını görmüş bir insandır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?