GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “3 AYI SƏNİN 3 AYI BİZİM” – SUMQAYIT MƏŞĞULLUQ MƏRKƏZİNDƏ MÜAVİNƏT ALVERİ - İDDİA

“3 AYI SƏNİN 3 AYI BİZİM” – SUMQAYIT MƏŞĞULLUQ MƏRKƏZİNDƏ MÜAVİNƏT ALVERİ - İDDİA

Tarix: 25-02-2016, 16:55 Bölmə :Ölkə Baxış: 0
“3 AYI SƏNİN 3 AYI BİZİM” – SUMQAYIT MƏŞĞULLUQ MƏRKƏZİNDƏ MÜAVİNƏT ALVERİ - İDDİA

İşdən çıxdığıma və ailə problemlərimə görə ötən il Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdim.

Məni işlə təmin olunmağım üçün Məşğulluq Mərkəzinə yönləndirdilər. Müraciətimdən 7 ay keçsə də, mənə nə müavinət verilib, nə də iş tapılıb.

Bu barədə müraciət edən Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və Sumqayıt şəhərində məskunlaşmış Kamal Abbasov deyib.

Onun sözlərinə görə, ilk dəfə Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə ötən ilin avqust ayında müraciət edib. "İdarəyə gedəndə əvvəlcə Cəfər müəllimlə görüşdüm, sonra Rita xanıma yönləndirdilər. O da məni işlə təmin edə bilməyəcəklərini, ancaq 6 ay maaşın 70%-i dəyərində dövlət tərəfindən kompensasiya verəcəklərini bildirdi. Bunun üçün yaşayış yerindən sənəd, əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin surətini gətirməyimi istədilər. Cəbrayıl rayonundan məcburi köçkün olduğumuza görə bizə yaşayış yerindən arayışı "Qaçqınkom” verir. Kirayə qaldığıma görə də daimi qeydiyyatda olduğum ünvan yoxdur. Lakin "Qaçqınkom”un verdiyi arayışı Məşğulluq Mərkəzində qəbul etmədilər. Məcbur qalıb Sumqayıt şəhər 9-cu mikrorayon MİS-dən arayış aldım. Dedikləri bütün sənədləri təqdim etsəm də, sentyabrdan bu günə qədər mənə dövlət tərəfindən müəyyən edilmiş vəsaiti vermirlər. Hər ay dəfələrlə müraciət etmişəm, sonuncu dəfə dekabrda müraciət edəndə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının dəyişdiyini və maliyyə ayrılmadığını dedilər. Yanvarda müraciətlərin çox olduğunu bəhanə gətirdilər, fevralın 15-nə kimi həll edəcəklərinə söz verdilər. Fevralın 23-də təkrar müraciət etmişəm, diplomumun, tələb olunan sənədlərin olmadığını, bəzi sənədlərimdə səhv olduğunu əsas gətirərək yenidən sənəd toplamağımı və təkrar müraciət etməyimi tövsiyə etdilər. Əslində, qanunla diplom tələb olunur, ancaq mən icra başçısının tapşırığı ilə müraciət etdiyimə görə tələb etmədilər. Amma diplomu olmayan tək mən deyiləm. Diplomu olmadan da həmin vəsaiti alanlar var”. K.Abbasov iddia edir ki, onun bu qədər get-gələ salınmasında başqa məqsədlər var.

"İlk müraciətimdən 7 ay keçib, necə olub ki, sənədlərimin qaydasında olmadığı indi anlaşılıb? Son sözləri bu oldu ki, Məşğulluq Mərkəzinin rəisi dəyişib, yerinə yenisi təyin olunub. Bu həftənin 5-ci günü təkrar müraciət etsəm, kömək edəcəklər. Bu il yanvar ayında müraciət edən insanlar var ki, onlara artıq pul ayrılıb. Bir neçə gün əvvəl həmin şəxslərdən birinə zəng olub ki, artıq "Kapital Bank"da hesab açılıb, lakin müavinətin 3 ayını onlara vermək şərti ilə. Düşünürəm ki, bəlkə, məndən də pul istəyirlər. Amma icra başçısının qəbulunda olduğuma görə açıq şəkildə deməkdən çəkinirlər. Bu vaxta qədər nə pulu verirlər, nə də hər hansı iş təklif edirlər. Maraqlıdır ki, bu aylar ərzində heç bir idarədə çilingərə ehtiyac olmayıb?

Məşğulluq Mərkəzinə müraciət etməmişdən əvvəl İcra Hakimiyyəti mənə metlax sexində fəhləlik təklif etmişdi, onunla razılaşmamışdım. Məşğulluq Mərkəzi tərəfindən bir dəfə də olsun mənə iş təklif edilməyib”. Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən sorğumuza verilən cavabda bildirilib ki, Kamal Abbasov işaxtaran kimi qeydiyyata alınıb. "1984-cü ildə anadan olmuş, hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 1, mənzil 28 ünvanında yaşayan Abbasov Kamal Məhərrəm oğlu sonuncu iş yerindən azad olunduğu 26 dekabr 2014-cü il tarixdən 8 ay sonra, yəni 2015-ci ilin avqustunda Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət edib və işaxtaran kimi qeydiyyata alınıb. K. Abbasov heç bir ixtisas sahibi deyil və ona Sumqayıt şəhər ərazisində fəhlə peşəsi üzrə münasib iş yerləri təklif edilsə də, o yalnız işsizlik müavinəti almaq istədiyini bildirib.

Halbuki "Məşğulluq haqqında” Qanuna əsasən, işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində təklif edilən iki münasib işdən imtina edənlərə işsizlik müavinəti təyin edilə bilməz. Qanunun bu tələbi K.Abbasova izah olunub, lakin o, bundan sonra da dəfələrlə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət edərək işsizlik müavinəti almaq istədiyini bildirib. Onun iddia etdiyinin əksinə olaraq, Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən heç vaxt K.Abbasova ona 6 ay ərzində işsizlik müavinətinin veriləcəyi bildirilməyib və işsizlik müavinətinin təyin olunması məqsədilə ondan hansısa sənədlər də qəbul edilməyib. Hər dəfə müraciət edəndə ona işləmək üçün münasib iş yerləri təklif olunub”.

Nazirlikdən bildirdilər ki, K.Abbasovun təyin olunmuş işsizlik müavinətlərinin 3 aylıq hissəsinin Məşğulluq Mərkəzinin əməkdaşlarına verilməsi barədə iddiası isə əsassızdır və böhtan xarakteri daşıyır.
Bəs bunun böhtan olmadığı nə məlum?..
\ Publika.az\
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi

    Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi ...

    26-02-2014, 15:23

  • 
  • Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası təsdiq olundu

    Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası ...

    25-01-2017, 23:23

  • 
  • Astara sakini yanvarda Dövlət Məşğulluq İdarəsinə müraciət edib, hələ də işsizdir - ŞİKAYƏT

    Astara sakini yanvarda Dövlət Məşğulluq İdarəsinə ...

    9-10-2024, 14:00

  • 
  • Ağdamlı köçkün “Qaçqınkom”un Sabunçu şöbəsinin qarşısında özünü yandırdı

    Ağdamlı köçkün “Qaçqınkom”un Sabunçu şöbəsinin ...

    28-07-2015, 13:39

  • 
  • Birinci vitse-prezident: "Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri yeni mənzillərlə təmin etməkdir"

    Birinci vitse-prezident: "Qarşımızda duran ...

    9-03-2017, 21:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu