Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev bu gün ikinci Fəxri Xiyabanda dəfn ediliblər. Teleqraf.com-un məlumatına görə, dəfn mərasikində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, millət vəkilləri, ziyalılar, şəhidlərin doğmaları, sadə vətəndaşlar iştirak ediblər. Yaylım atəşi açılıb, şəhidlərin ruhuna dualar oxunub. - See more at: http://teleqraf.com/news/93792#sthash.YRYzcrDD.dpuf
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?