Yaramaz məmurların, yaramaz əməllərindən qəzetimizə göndərilən şikayət məktublarının sayı bitib- tükənmir.Bu dəfə qəzetimizə üz tutan Qazax rayonu Aşağı Əskipara kəndindən məcburi köçkün 84 yaşlı Məhəmmədəli Əsgərovdur.
Oğlu Mərdan Əsgərov, 1994-cü ildə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Ölümündən sonara, Mərdan Əsgərov, Azərbaycan Respublikasının prezidenti tərəgindən, “Azərbaycan Bayrağı”ordeni ilə təltif edilib.
Ailəsinə dövlət qayğısızlığından Prezident İ.Əliyevə,Baş Prokuror Z. Qaralava surəti qəzetimizə ünvanlanan şikayət məktubunda bildirilir ki,Qazax rayonunda çoxsaylı binalar tikilərək məcburi köçkün və köçkün statusu olmayan şəxslərə mənzillər verilib.
Xatırladaq ki, qəzetimizin ötən saylarında Qazax rayonunda məcburi köçkünlər üçün tikilən mənzillərin Rusiya,Bakı,Qazax qeydiyyatlı şəxslərə verilməsi haqqında qəzetimizə 45 nəfər Aşağı Əskiparalı məcburi köçkünlərin imzası ilə şikayət məktubu daxil olmuşdu.Şikayət məktubunda bildirilirdi ki, məcburi köçkünlər üçün tikilən mənzillərin bölüşdürülməsi komissiyasının sədri,Qazax RİH-nin birinci müavini, Fərman Nağdəliyev,Aşağı Əskipara kənd icra nümayəndəsi İlqar İsayevlə əlbir olaraq,”dərə xəlvət tülkü bəy”prinsipində istifadə edərək mənzilləri məcburi köçkün olmayan şəxslərə veriblər...??
Şəhid atasının dəfələrlə Qazax RİH başçısı Ayaz Əsgərova müraciəti nəticəsiz qalıb. Mnzilləri bölüşdürülməsi komissiyasının sədri Fərman Nağdalıyev, Məhəmmədəli kişiyə növbəti ev bölgüsündə ona mənzil veriləcəyini söz versə də, vədinə xilaf çıxıb. Görünür RİH başçısı şəhid ailələrinə qayğısı yalnız boş-boş vədlərdən ibarətdir.Məcburi köçkün kimi mənzil almaq RİH başçısı ilə “sövdələşmədən” keçir.
84 yaşlı,ömrünün qürub çağını yaşayan, şəhid atasının Şikayət ərizəsindən:
“Şəhid oğlum Mərdan Əsgərova 09. 11. 1994-cü il tarixində Heydər Əliyevin fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni verilmişir. Özüm isə vaxtilə adi dəryazla bir neçə erməninin kəndimizə təxribat məqsədi ilə daxil olmasının qarşısını almışam. İndi yoldaşım Əsgərova Güllü Qəfər qızı ilə Ağstafa rayonunda oğlumun şəraitsiz evində məskunlaşmışıq. Bu yaxınlarda Qazaxdan olan məcburi köçkünlərə Qazaxbəyli kəndində tikilmiş qəsəbədə evlər paylandı. Amma mənim müraciətimə baxan olmadı. Bir şəhid ailəsi, bir qəhrəman atası kimi indiyə qədər dövlət tərəfindən evlə təmin olunmamışam. Artıq 84 yaşım var. Bu gedişlə Qazax RİH-nin birinci müavini Fərman Nağdalıyevin və Aşağı Əskipara kənd icra nümayəndəsi İlqar İsayevin “sayəsində” deyəsən evsiz- eşiksiz də bu dünyadan köç edəcəm. Sizdən xahişim budur ki, mənim müraciətimə baxılmasına şərait yaradıb evlə təmin olunmama köməklik göstərəsiniz. əvvəlcədən təşəkkürümü bildirirəm”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?