«Ekspress-11» adlı firmanın rəhbərliyi «Bərəkət-98»-in fəhlələrini ölümlə hədələyir
«Bərəkət-98» firmasının kollektivinin ölkə rəhbərinə üzləşdiyi qanunsuzluqlarla bağlı müraciət edib. Sıralarında qaçıqn və məcburi köçkünlərin də olduğu biz müəssisənin işçiləri 2000-ci ildən Qaradağ rayonunun ərazisindəki daş karxanasında çalışır, ailəsinə çörək pulu qazanır. Amma 2 il əvvəl peyda olan «Ekspress-11» adlı firmanın sahibi və onun havadarları saxta sənədlər və məhkəmələrə təzyiq göstərmək yolu ilə onları dolanışıq mənbəyindən məhrum edib. Maraqlıdır ki, bu ərazi Qaradağ rayonunun inzibati-ərazi vahidi olsa da, burda çadır qurub işçiləri daş karxanasına buraxmayan, hədələyən Abşeron rayonunun polis əməkdaşlarıdır. Müraciətdə artıq sübut olunmuş cinayət əməlləri sadalanır: “Beləliklə, «Ekspress-11» fərdi kiçik müəssisəsi 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində 25 yanvar 2012-ci il tarixində iddia qaldıraraq Abşeron rayon torpaq şöbəsi tərəfəindən ona torpaqdan müvəqqəti istifadəyə dair 15 fevral 2006-cı il tarixli JN-9690 KOD 30800001 saylı Şəhadətnamə ilə ona 6 hektar torpaq sahəsi ayrıldığını amma həmin torpaq sahəsinin «Bərəkət-98» və «Turan» firmasının 2000-ci ildən faktiki istifadəsində olan 15 hektar sahə ilə üst-üstə düşdüyünü iddia etmişdir. «Ekspress-11» firmasının məhkəməyə verdiyi iddia ərizəsində də qeyd edilir ki, ona torpaqdan müvəqqəti istifadəyə dair 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnamə verilmişdir. İş materiallarında hakim Elçin Məmmədovun əraziyə baxış keçirilməsi üçün mütəxəssisin ayrılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə yazdığı 28 mart 2012-ci il tarixli məktubda da «Ekspress-11» firmasının 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnaməsi göstərilir. Həmin məktuba əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri gəlib yerində hamının iştirakı ilə GPS avadanlığı vasitəsilə koordinantları ölçdülər və «Ekspress-11» firmasının 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnaməsindəki ərazinin bizim işlədiyimiz, yəni «Bərəkət-98» və «Turan» firmasının daimi istifadəsində olan torpaq sahəsindən 727 metr kənarda olduğunu müəyyən etdilər. Bu barədə rəyi də məhkəməyə göndərdilər. Fikirləşdik ki, bundan sonra söz-söhbət qurtarar. Sən demə müsibət hələ qabaqdaymış: 1.«Ekspress-11» firması eyni torpaq sahəsi ilə bağlı ikinci bir Şəhadətnaməni – 26 may 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnaməni saxta yollarla əldə edərək möcüzəli şəkildə işə daxil etdirir. Çünki bu şəhadətnamə ilə torpaq sahəsini mübahisələndirilən sahəyə «yaxınlaşdırmaq» mümkün olmuşdur. Sual olunur, necə olur ki, eyni torpaq sahəsi ilə bağlı «Ekspress-11» firması iddia ilə birlikdə 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnaməni təqdim edir və məhkəmə icraata başlayır. Amma sonradan iş eyni seriyalı, eyni kodlu, amma başqa tarixli 26 may 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnamə ilə davam etdirilir. Bu saxtakarlığa heç bir hüquqi qiymət verilmir. 2.Necə olur ki, ədalət mühakiməsini qoruyan hakim Elçin Məmmədov ədaləti kənar qoyaraq hansısa vəzifəli məmurun göstərişini yerinə yetirmək üçün «Ekspress-11» firması ilə cinayət əlaqəsinə girərək, iş materiallarından 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnaməni çıxararaq, sonradan ora 26 may 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnaməni daxil edib saxtakarlığa yol verir və bu cinayət əməlini kimlərinsə gözəgörünməz himayəsi nəticəsində ört-basdır edir? Halbuki Hakim Elçin Məmmədovun əraziyə baxış keçirilməsi üçün mütəxəssisin ayrılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə 28 mart 2006-cı il tarixli məktubda da, «Ekspress-11» firmasının iddia ərizəsində də 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnamə göstərilir. 3.Digər bir halı diqqətinizə çatdırırıq ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisindən müvəqqəti olaraq vaxtilə heyvandarlığın inkişafı məqsədilə 2000-ci ilədək qış-otlaq sahəsi kimi Abşeron rayonuna təhkim edilmiş torpaq sahəsinin 6 hektarı (dövlət ehtiyat fonduda saxlanmış kənd təsərrüfatı təyinatlı qış-otlaq sahəsi) Abşeron rayon torpaq şöbəsinin rəyi əsasında təyinatı dəyişdirilmədən mişar daşı istehsalı məqsədilə «Ekspress-11» firmasına icarəyə verilməsi barədə sərəncam verilir və bu öz əksini 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnamədə tapır. AR Torpaq Məcəlləsinə əsasən torpaqların təyinatının və kateqoriyalarının dəyişdirilməsi səlahiyyəti yalnız AR Nazirlər Kabinetinin səlahiyyətindədir. Bunu Abşeron RİH başçısının birinci müavini Ələkbər Ələkbərzadənin 19.06.2012-ci il tarixli 934 saylı məktubu da təsdiq edir. Həmin məktubda qeyd edilir ki, «Ekspress-11» firmasına verilmiş torpaq sahəsi Dövlət Torpaq ehtiyat fondundadır və Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisi olduğu üçün 02.03.2006-cı il tarixdə Qaradağ rayonunun idarəçiliyinə qaytarılmışdır. Buna görə də Abşeron şöbəsinin rəyi əsasında «tələsik» verilmiş 390a saylı qanunsuz sərəncamı da müəmmalıdır. Abşeron RİH başçısınıın birinci müavini Ələkbər Ələkbərzadənin 19.06.2012-ci il tarixli 934 saylı məktubundan göründüyü kimi Qaradağ rayonu ərazisindən Abşeron Rayonu ərazisinə təhkim edilmiş qış otlaq sahələri Azərbaycan Respublikası Nazirlər Koobinetinin 02.03.2006-cı il tarixli 60 saylı sərəncamı ilə Bakı şəhər Qaradağ Rayonu idarəçiliyinə qaytarılmışsa onda sual olunur o zaman «Ekspress-11» firması 26 may 2006-cı il tarixdə torpaqdan müvəqqəti istifadə istifadə hüququna dair şəhadətnaməni Abşeron torpaq şöbəsindən almalı idi, yoxsa Qaradağ rayon torpaq şöbəsindən? 4.Həmçinin, «Ekspress-11» firmasının direktoru Əliyev Əhməd Əli oğlu fiziki şəxs qismində 5 sentyabr 2011-ci il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onunla «Bərəkət-98» firması arasında bağlanmış müqaviləyə əsasən «Bərəkət-98» firmasının daimi istifadəsində olan 15 hektar sahəsinin 3 hektar sahəsinin ona satılması üçün 300.000 manat pul ödədiyini iddia etmişdir. Lakin iddia əsassız olduğu üçün məhkəmələr tərəfindən rədd edilmişdir. Maraqlıdır, 5 sentyabr 2011-ci il tarixdə Əliyev Əhməd öz ərizəsində göstərir ki, 15 hektar sahə «Bərəkət-98» firmasının daimi istifadəçisidir və o, həmin sahənin 3,5 hektarını 300.000 manata almaq istəyib. 5 ay sonra isə o, izi azdırmaq üçün bu dəfə öz adından deyil, sahibi olduğu «Ekspress-11» firmasının adından 25 yanvar 2012-ci ildə iddia ərizəsi ilə yenidən 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət edərək bildirir ki, sən demə onun satın almaq istədiyi torpaq sahəsi ona məxsus imiş və bunu təsdiq edən Abşeron rayon torpaq şöbəsinin verdiyi 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnamə var imiş. Sual olunur, əgər Əhməd Əliyevin 15 fevral 2006-cı il tarixdən bu əraziyə dair «Şəhadətnaməsi» var idisə, onda niyə 5 sentyabr 2011-ci ildə həmin məhkəməyə müraciət edərək «Bərəkət-98» firmasından mübahisələndirilən ərazidən 3,5 hektar torpaq sahəsi almaq üçün 300.000 manat pul ödədiyini iddia edirdi. Digər tərəfdən, əgər, həqiqətən də Ə.Əliyevə məxsus «Ekspress-11» firmasının 6 hektar torpaq sahəsi var idisə, niyə 7 il sonra – 2012-ci ildə məhkəməyə müraciət edir, amma həmin yerdən istifadə edən firmalara bu barədə nə yazılı, nə də şifahi nə özü, nə də hər hansısa dövlət qurumu tərəfindən müraciət edilməmişdir? Niyə 7 il hərəkətsizlik edilib? «Ekspress-11» firması mişar daşı istehsal edəcəkdisə, niyə bu 7 il ərzində xüsusi icazə tələb edən bu fəaliyyət növünə nə lisenziya almayıb, nə də yataqqayırma aktı? Qeyd edilənlərdə görünür ki, «Ekspress-11» firması 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə həm 15 fevral 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnaməni, həm də 26 may 2006-cı il tarixli JN-9690, KOD 30800001 saylı Şəhadətnaməni təqdim etmişdir. Bununla da rəsmi dövlət sənədini bilərəkdən saxtalaşdırmaqla cinayət əməli törədərək, həmin saxta sənəddən öz məqsədləri üçün istifadə edərək cinayət əməllərini başa çatdırmışlar. Buna hüquqi qiymət verilməli, cinayətkarlar isə cəzalandırılmalıdırlar. 5. «Ekspress-11» firmasının torpaq sahəsi Abşeron torpaq şöbəsi tərəfindən 2005-ci il 30.12.2005-ci ildə müqavilə bağlanmamışdan əvvəl AR Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahəsinin sərhədləri yerində müəyyən etməli, onun yer quruluşu planının və təsvirinin planını və ölçüsünü tərtib etməli, sonra müqavilə bağlamalı idi. Yalnız bundan sonra torpaq sahəsi hüquqi qeydiyyata alınaraq istifadəyə verilə bilərdi. Lakin ya burada qanun pozulub, ya da saxtakarlıq edilibdir. Çünki qanuna əməl edilsəydi və edilən hərəkətlər qanuni olsaydı, Abşeron torpaq şöbəsi hökmən 2000-ci ildən iddia edilən ərazidə fəaliyyət göstərən «Bərəkət-98» və «Turan» firmasına münasibət bildirməli, onların həmin ərazidən qeyri-qanuni istifadə etdiyi bildirilməli, bununla bağlı qanunamüvafiq tədbirlər görməli idi. Lakin bunların heç birinin baş verməməsi göstərir ki, «Ekspress-11» firmasına icarəyə verilmiş torpaq sahəsi tamamilə başqa ərazidə yerləşir. Yuxarıda qeyd edilmiş cinayət hallarının araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara konkret göstərişlər verməyinizi Sizdən xahiş edirik. Çünki bizi qorxudur, öldürməklə hədələyir, müxtəlif yollarla bizə mənəvi təzyiqlər edirlər.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?