Bankın çoxlu sayda iddia ərizələri hakimlər tərəfindən qəbul edilir
Bankların kredit borclarının verilməməsi ilə bağlı vətəndaşlara qarşı yenidən kütləvi iddia ərizələri məhkəmələrə daxil olub. Bu iddia ərizləri əsasən paytaxtın ayrı-ayrı rayonlarında olur.
Bu günlərdə “Unibank” KB ASC Binəqədi rayon Məhkəməsinə müraciət edərək xeyli sayda müştərisinə qarşı iddia ərizəsi qaldırıb. Bank müştərilərindən kredit borclarının tutulmasını tələb edir.
Belə müştərilərdən biri Bakı şəhər sakini Zakir Həbib oğlu Rəsulovdur. Kredit borcunun ödənilməsi tələbinə dair bankın tələbi hakim tərəfindən qəbul edilib və müştərinin banka olan kredit borcunun qaytarılması barədə qətnamə qəbul edib.
Həmin qətnaməyə etiraz edən Zakir Rəsulov apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Aygün Abdullayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası qətnaməni dəyişdirmədən saxlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?