Rektor əvəzi vəzifədən uzaqlaşdırılan bu şəxs, ancaq sabiq rektor Asəf İsgəndərovun saxta şöhrət ordeni almasından danışır
Lənkəran Dövlət Universiteti tələbələrinin “Gündəm Xəbər” qəzetinə ünvanladıqları müraciətləri daxil olmuşdur. Onlar yazdıqları müraciətlərində, hələ bir müddət bundan əvvəl unversitetin rektoru əvəzi vəzifəsində uzaqlaşdırılan Nizami Yusifovun çoxsaylı qanunsuzluqlara qol qoymasından bəhs edirlər. Eyni zamanda bu ali təhsil ocağında yaşanan təxribatlardan xilas olmaq üçün, ölkə rəhbərindən kömək də istəyirlər. Onlar bildirirlər ki, “cənab Prezident, bu məlumat önəmli məlumat olduğu üçün, məhz bunu Siz bildirməyi özümüzə borc bildik. Çünki, hər kəsə bəllidir ki, 10 may günü xalqımız üçün tarixi bir gündür. Əgər bu ilin 10 mayında Lənkəran Dövlət Universitetində keçirilən tədbirdə Siz də iştirak etsəydiniz, o halda birdə bizim universitetə gəlməzdiniz. Ona görə ki, Sizin vaxtilə təyin etdiyiniz və bir müddət bundan əvvəl rektor əvəzi vəzifəsindən uzaqlaşdırılan Nizami Yusufov, heç bir tələbəyə və müəllim kollektivinə, ulu öndər Heydər Əliyev haqqında danışmağa icazə vermədi. Hətta, o, danışanların sözünü kəsdi və sətiraltı “onu yaxşı tanımışıq” da dedi. Əslində, bu ədəbsiz bir addımdır. O, öz karyerası hesabına tədbir keçirir və nifrət hissini biruzə verməkdən də çəkinmir.Talış tələbələrlə ayrı-ayrılıqda görüşərkən, onun birinci sualı o olur ki, “siz talışların düşmənini tanıyırsınızmı?”. İstehza ilə də, ulu öndəri vurğulayır. İndi bu şəxs universiteti bağlatmaq istəyir. Odur ki, Sizdən xahiş edirik ki, bizi bu bəladan qurtarın. Bu məsələ kimlər tərəfindənsə yenidən ortaya atılıb. O,Tələbələri müəllimlərin üstünə də qaldırır. Nizami Yusufov bizə aid olmayan problemlərlə, bizi ayağa qaldırmaq istəyir. Universitetdə imtahanlar qeyri şəffaf keçirilir, bir qədər yaxşı oxuyan tələbələrdə heç bir maraq qalmayıb. Nizami Yusufov əsasən oxumayan tələbələrə üstünlük verir. Kəsri olan tələbələrin qiymətləri, apelliyasiya komisiyasinda Yadulla müəllimin vasitəsilə qaydaya salınır. Belə bir problemlərlə bağlı araşdırmalar aparılarsa, o halda hər şey aşkara çıxar. Kimin oxuyub-oxumamasından asılı olmayaraq, keçirilən imtahanlara müdaxilələr olunur. Odur ki, bu gün bir kimsə oxumaq istəmir. Rektor əvəzi vəzifədən uzaqlaşdırılan bu şəxs, ancaq sabiq rektor Asəf İsgəndərovun saxta şöhrət ordeni almasından danışır. Universitetdə baş alıb gedən külli miqdarda oğurluq və mənimsəmələrdən də danışmağı heç cür unutmur. Hətta o, onu da bildirir ki, “sabiq rektor Asəf İskəndərov təmiri başa çatmayan tikililəri qanunsuz təfil vermiş və nazir Mikayıl Cabbarovun da, bu işdə olduğunu da bildirir. Milyonlarla mənimsənilmiş pulları, nazir üzərimə götürməyi də təklif edib. Mən bu cür çirkin işlərə getməyəcəm”. O, icra hakimiyyətini və polisi çaqqal adlandırır və bunlarla mübarizə aparacağını da vurğulayır. Bunun bizlə nə əlaqəsi var, biz rahat yaşamaq istəyirik. Ona görə də xahiş edirik ki, universitetimizi belə bir təxribatlardan qurtarın. Bütün tələbə və müəllim heyəti, açıq-aydın şəkildə təxribata sürüklənir. Görəsən təhsil nazirliyinin rəhbərliyi hara baxır? Baxmayaraq ki, Nizami Yusufov rektor əvəzi vəzifədən kənarlaşdırılıb, o, yenə də vurğulayır ki, “mən rektor olmaq istəmirdim, məni bura Mehriban xanım Əliyeva xahiş edib göndərib. Çünki, mənə Texniki Universitetə rektor vəzifəsi vədi verilmişdi. Neft Akademiyasinin rektoru Mustafa Babanlını da, xanım təyin elətdirib. İndi görürsünüzmü o, müəllimlərin agzını necə “qaşıyir?” Təhsil Naziri onun işlərinə heç cür qarışa bilmir, çünki o, hər şey barədə birbaşa xanıma məlumat verir. Yığılan pullar bir əldə cəmləşməlidir”. Sizdən xahiş edirik ki, bu yazılanların yoxlanılmasına göstəriş verin və universitetimizi bu kimi təxribatlardan qurtarın. Hörmətli oxucular! İşıq üzü görən bu açıqlama Lənkəran Dövlət Universitetinin bir qrup tələbələri tərəfindən göndərilmişdir. Biz də “Gündəm Xəbər” qəzeti olaraq, üzərimizə düşən vəzifə borcumuzu yerinə yetirməyi özümüzə borc bildik. Hörmətlə, Lənkəran Dövlət Universitetinin bir qrup tələbələri.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?