GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Ömürlük məhkumun anasından həyəcanlı açıqlama

Ömürlük məhkumun anasından həyəcanlı açıqlama

Tarix: 21-06-2016, 13:17 Bölmə :Ölkə Baxış: 0
Ömürlük məhkumun anasından həyəcanlı açıqlama

“Qobustan həsbxanasında oğlumun həyatı təhlükədədir”

Məhkum anası: “Ceyhun işgəncələrə məruz qalır”

Həbsxana rəisinin himayə etdiyi ömürlük məhkum seksual manyak olub

Qobustan Həbəsxanasında cəza çəkən ömürlük məhkum Ceyhun Qəribova dəhşətli işgəncələr verilir. Ömürlük məhkumun anası Nailə Qəribova oğluna verilən işgəncələrə son qoyulması üçün prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət ünvanlaylıb. Ömürlük məhkumun anası müraciətin bir nüsxəsini də redaksiyamıza göndərib.

Nailə Qəribova müraciətində qeyd edib ki, Qobustan həbsxanasında məhbuslara yaradılmış ağır dözülməz saxlanma şəraiti, həbsxana rəisinin məhbuslara tətbiq etdiyi işgəncələr və bu işgəncələr nəticəsində ölən dustaqlar barədə, ömürlük cəza cəkən oğlu Ceyhun Qəribova qarşı qəddarlıqlar barədə dəfələrlə Ədliyyə nazirinə, baş prokurora, ombudsmana şikayətlər ediblər: “Şikayətlərimiz nəticəsi olaraq həbsxana rəisini həddindən çox “əsəbləşib”. Həbsxana rəisi Fikrət Qafarov hazırda oğlumu məhv etmək üçün bütün vəzifə səlahiyyətlərindən istifadə edir. Ölkədə səsimizi eşidən tapılmır ki, bu haqsızlıqlara son qoyulmasına kömək eləsin”.

“Bu qədər vəhşilikmi olar?”

Ömürlük məhkumun anası bildirib ki, Qobustan Həbsxanasında dözülməz şərait var: “Ağbirçək anayam, oğlum Qəribov Ceyhun Əhəd oğlu Qobustan həbsxanasında

ömürlük cəza çəkir. İllərdir həbsxanada oğluma və digər məhbuslara qarşı davam edən dözülməz saxlanma şəraiti ilə əlaqədar bütün rəhbərliklərə şikayətlərimizə baxan tapılmır. Ona görə də axır vaxtlar Qobustan həbsxanasından dalbadal dustağın öldüyü barədə xəbərlər gəlir. Həbsxana rəisinin imkansız məhbuslara özü şəxsən işgəncə verməsini, oğlum qəbuluna gedib, kamerasını dəyişməsini xahiş edəcəkdi, Fikrət Qafarov onu dinləmədən dubinka ilə başına zərbələr endirib, sonra isə nəzfrətçilər döyərək karsa salıb, əllərini arxadan kravata qandallayaraq onu üç gün bu vəziyyətdə karsda saxlayıb. Bu qədər vəhşilikmi olar? Həbsxana rəisi Fikrət Qafarovun qolu qandallı məhbuslara qarşı qəddarlıqları, həbsxanada cəza çəkən bəzi məhbuslardan qat-qat daha ağır cinəyətdir və qarşısı alınmır, məsuliyyət daşımır. Son zamanlar oğlumun təzyiq və işgəncələrə məruz qalması barədə şikayətlərimizi bu qəddarlıqların qarşısının alınması əlaqədar rəhbərliklərə müraciət etdik. Yenə də bu şikayətlərimizə də münasibət bildirən olmadı”.

“Oğluma daha qədadrlıqla işgəncə verirlər”

Nailə Qəribova bildirib ki, həbsxana rəisi Fikrət Qafarovun məhbuslara qarşı qəddarlıqları barədə nəinki onlar, digər məhbus valideyinləri də müvafiq qurumların rəhbələrinə müraciət edirlər: “Hazırda oğluma qarşı bu səbəbdən daha qəddarlıqla işgəncə verirlər. Beləki öyrədilərək oğlumun yanına köçürülmüş Şirvan adlı məhbusa xüsusi göstərişlər verilərək oğlumu bu yolla təzyiq və işgəncələrə məruq qoyub. Şirvan qəsdən kameradakı məişət avadanlıqlarını sındıraraq yararsız hala salır və rəisə bunu oğlum etdiyini

bildirir. Rəis də öz növbəsində Şirvanı yox, mənim oğlumu amansızcasına döydürərək karsa salır. Bu hal hazırda davam edir. Məsuliyyət daşımayacağına əminliklə arxalanan həbsxana rəisi məhbuslarla hədə-qorxu və ancaq dubinka ilə danışır. Səbəbsiz olaraq qolu qandallı qul vəziyyətində saxladığı oğluma imkansız olduğuna görə belə şərait yaradılıb. Bu qəddarlıqlarına Fikrət Qafarovun dövlət başçısının qanuni sərəncamını icra etdiyini məhbuslara bildirərək, arxayınlıqla işgəncələrini davam etdirir”.

“Oğlum işgəncələrə məruz qalır”

Ömürlük məhkumun anasının yazdığına görə, oğlu Ceyhun Qəribov şəxsən həbsxana rəisi Fikrət Qafarovun qəddar işgəncələrə məruz qalanlardan biridir: “Oğlumla görüş zamanı bildirdi ki, rəis oğlumun məhv edilməsinə öz xüsusi metodlarından məharətlə istifadə edir. Heç bir səbəb olmadan əl qandalı tətbiq edərək mütəmadi döyülüb, başını qırxıb, lüt soyunduraraq, əlləri arxadan çarpayıya qandallanıb, uzun müddət karsda bu vəziyyətdə saxlamaq, xüsusi təlimatlandırılaraq, oğluma qarşı istifadə edilən, “xüsusi təlimatlandırılmış” məhbusla bir kameraya salır. Qəsdən dava-dalaş saldırılır, nəticədə rəisin “qara siyahıda” adı olan məhbus cəzalanır. Ceyhunun hər an həyatı təhlükədədir. Həbsxana rəisi oğlumu şikayət ərizəsindən adının çıxarılmasının əvəzinə, oğlumu 1-2 həftəlik saxlanma şəraitini yaxşılaşdırır, sonra yenə əvvəlki vəziyyətə qaytararaq, Ceyhun işgəncələrə məruz qalır”.

Məhkum anası qeyd edib ki, oğlunun başına gətirilən dəhşətli işgəncələr barədə şikayətləri həbsxanaya qaytarırlar:

“Həbsxana şikayətlərimə “oğlumun psixi problemi olduğunu, məhbuslarla yola getmədiyini” bildirir. Təəssüflər olsun ki, ombudsman da oğlumla bir dəfə də görüşüb, dindirmədən, mənə rəisin tamamilə həqiqətə uyğun olmayan saxta cavabını göndərir. Respublikanın bütün əlaqədar nazirlik və idarələrə müraciət etsəm də baxan olmur. Şikayətlərimiz əvvəl futbol topu kimi bir-birinə ötürülür, sonda ondan şikayət etdiyimiz həbsxana rəisinə “araşdırılaraq ərizəçiyə cavab verilməsi üçün” göndərilir. Nəticədə həbsxana rəisi oğluma daha qəddarlıqla işgəncələr verir”.

“Penitensiar Xidmətiin rəhbərliyinin cavabından sarsıldım”

Nailə Qəribova bildirib ki, oğlu Ceyhun Qəribov həbsxana rəisinin qəbuluna gələrək onunla şəxsi qərəz münasibətdə olan, ümumiyyətlə həbsxanada heç kim tərəfindən qəbul olunmayan Şirvan adlı məhbusu həbsxana rəisi “qara siyahıya” saldığı məhbuslara qarşı istifadə edildiyini deyib: “Bütün bu hallar barədə eyni zamanda bir başa aidiyyəti olan insan haqları üzrə müvəkkil xanım Elmira Süleymanovaya, Baş Prokurora müraciət etmişdim. Lakin müraciətimə həbsxana rəisi tərəfindən tərtib edilmiş saxta, cavablarda “oğluma qarşı hər hansı qanunazidd hərəkətə yol verilmədiyi” bildirilirdi. Kamerasını dəyişməsini xahiş etdikdə, həbsxana rəisi Fikrət Qafarov dubinka ilə oğlumun başına zərbələr endirib, oradan çıxararıb. Sonra oğlumu karsa aparılaraq orada da Adil Şirməmmədov tərəfindən amansızcasına döyülərək, cəzalandırılıb. Bu barədə əlaqədar rəhbərliklərə təkrar şikayətim ilə əlaqədar Penitensiar Xidməti idarəsinin təhqiqat

şöbəsinə çağırılmışdım və orada bu barədə ətraflı izahat da yazmışdım. Aldığım cavabdan sarsıldım. Bu şikayətimə də oğluma qarşı hər hansı qanunazidd hərəkətin olmadığı bildirilir”.

“Həbsxana rəisi dubinkanı oğlumun başına vurdu”

Nailə Qəribova qeyd edib ki, möhtərəm Prezidentin, dövlətimizin ali qanunlarına hər biri hörmətlə yanaşır: “Mənim oğlum qanuna müvafiq qaydada cəzasını çəkmək üçün həbsxanada dözülməz şəraitdə saxlanılır. Oktyabr ayında həbsxana rəisinin qəbuluna yazılaraq qəbula getmiş oğlum onun saxlandığı kamerasının dəyişməsini xahiş edəcəkdi. Fikrən Qafarov oğlumu dinləmək əvəzinə, “onu narahat etdiyinə görə” şəxsən özü dubinka ilə başına zərbələr endirərək döyüb, təhqir edərək kabinetindən çıxardıb. Oğlumu əllərini arxadan qandallanaraq, Adil Şirməmmədov karsa aparıb orada amansız işgəncələrə məruz qoyub. Bu barədə şikayətimə də oğluma qarşı hər hansı qanunazidd hərəkətə yol verilmədiyi barədə cavab almışam. Möhtərəm Prezident, Baş Prokurora şikayətim Ədliyyə Nazirliyinə göndərilir, Ombudsmana şikayətim Penitensiar Xidməti İdarəsinə göndərilir, oradan həbsxanaya “araşdırılması üçün” göndərilir. Şikayətimin nəticəsi isə həbsxana rəisinin oğluma öz kabinetində şəxsən dubinka ilə başına zərbələr endirərək, karsa apararaq orada amansız işgəncələr verməklə, saxta cavablar tərtib edilərək şikayətimi cavablandırılır. Möhtərəm Prezident, həbsxana rəisi tərəfindən oğluma və digər məhbuslara qarşı davam edən bu saxlanma şərait onların həyatına qəsdən yaradılmış real təhlükədir. Sizdən xahiş

edirəm ki, bu təhlükənin qarşısının alınması üçün ədalətlə, qanun çərçivəsində araşdırılıb tədbir görülməsi üçün əlaqədar rəhbərliklərə göstəriş verəsiniz”.

Rəisin himayə etdiyi ömürlük məhkum kimdir?

Qobustan həbsxanasının rəisi Fikrət Qafarovun sifarişi ilə məhkumlara işgəncə verən məhkum Şirvan kimdir? Onun törətdiyi cinayətlərə nəzər yetirək. Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən 9 saylı karxanada gözətçi işləyən, həmin qəsəbənin sakini Xanoğlan Cəfərovla Şirvan Mirzəyevin tanışlığı işdən başlayıb.

Bu Cəlilabadın Musalı kənd sakini 34 yaşlı Şirvan Mirzəyev zorlayıb, sonradan xüsusi amansızlıqla qətlə yetirdiyi üç kişi qurbanından birinci olub. Şirvan yeni tanışına spirtli içki qəbul etməyi təklif edib. Şirvanın təklifini qəbul edən Xanoğlan onu gözətçi otağına çağırıb.

Əsl adı Şirvan olan Mirzəyevi iş yerində hamı Elnur kimi tanıyıb. İçki məclisi zamanı Şirvan keçmiş müdirini söyüb. Xanoğlan da həmin adamın onun tanışı olmasını bildirib və cavabında Şirvanın anasına söyüb.

Sərxoş olan dostlar arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Şirvan ondan zəif olan tanışını döyəndən sonra naqillə onun əl-qolunu bağlayıb. Daha sonra köməksiz vəziyyət olan tanışının şalvarını aşağı çəkərək onu zorlayıb.

Hadisə yerindən çıxıb kirayə qaldığı evə gedən Şirvan yolda Xanoğlanın sağ qalacağı təqdirdə polisə müraciət edə biləcəyini fikirləşib. Bundan sonra geri Xanoğlanın gözətçi

otaqına qayıdıb. Şirvan halsız vəziyyətdə olan tanışını çox saylı bıçaq zərbələri ilə qətlə yetirib.

Xanoğlanın meyitini səhər karxanaya işə gələn fəhlələr aşkar edib. Fəhlələr qan içində olan Xanoğlan Cəfərovun meyitini yarıçılpaq şəkildə aşkarlayıblar. Şirvan Mirzəyev qətl hadisəsini törədəndən sonra Cəlilabada qayıdıb. Qətl hadisəsinin kim tərəfindən törədilməsi müəyyən edilimədiyindən iş bağlı qalıb.

Növbəti dəfə Şirvan Qızıldaş qəsəbəsinə il yarım sonra gəlib. Yenidən karxanaya işə düzələn Şirvan Mirzəyev bu dəfə də gözətçi ilə dostluq etməyə başlayıb.

Bir gün Şirvan yeni dostu Oruca vurmağı təklif edib və müsbət cavab alıb. İçki zamanı Oruc ona türmə həyatından danışmağa başlayıb. Şirvan Mirzəyev türmə həyatının ona maraqlı olmadığını və söhbəti dəyişməyi təklif edib.

Oruc bundan əsəbiləşərək Şirvana “sən patsansan, mənim türmədə əlimin altında sənin kimi yüz dənə şustryakım olub. Sən kimsən mənə nə danışmağımı göstəriş verirsən” deyib. Şirvan da “sənin şustryakların da sənin kimi çurban olublar” cavabını verib və ayağı ilə Orucun sinəsindən bir zərbə vurub.

Orucu döyəndən sonra Şirvan Mirzəyev onu zorlayıb. Öldürməzdən əvvəl isə “bu məndən sənə yadigar olsun söyüş söyəni belə nakazat edirlər” deyərək onu qətlə yetirib. Şirvan Mirzəyev bu hadisədən sonra Qızıldaş qəsəbəsindən köçüb. Yenə istintaqçılar qatili müəyyən edə bilməyiblər.

Qızıldaşda Bakıya gələn Şirvan günəmüzd fəhləliklə məşğul olub. İki kişini zorlayıb qətlə yetirən Şirvan özünü heç nə

olmamış kimi aparıb. Növbəti qurban isə Şirvanın ayağına özü gəlib. 20 yanvar metrostansiyası yaxınlığında yerləşən köhnə avtovağzalda oturub siqaret çəkən Şirvana cavan bir oğlan yaxınlaşaraq siqaret istəyib.

Şirvan Famis adlı oğlana siqaret verib. Famis onun yanında oturub siqaret çəkməyə başlayıb. Sonra Famis 3 manatının olduğunu və Şirvana üstünü düzəldib araq alıb içməyi təklif edib. Şirvan da 3 manat qoyub. Yeni tanışlar araq və kolbasa alıblar. İçki məclisi köhnə avtovağzalın həyətində qurulub.

İçki zamanı Famis özünə çox Şirvana isə az araq süzüb. Şirvan bunun səbəbini sorşanda Famis onun yaxın və uzaq qohumlarını söyüb. Şirvan Famisə mənim nəslimi söyənləri mən ağır cəzalandırıram deyərək ona hücüm edib.

Famisi döyüb halsız vəziyyətə salan Şirvan Mirzəyev sonra onu da zorlayıb. Şirvan sonra onu qətlə yetirib. Qətli törədəndən sonra seksual manyak onun üstündə olan telefonu götürüb. Şirvan Mirzəyev 100 manat dəyəri olan telefonu “20 Yanvar” stansiyasının yanında dayanan taksi sürücüsünə 15 manata satıb.

Hadisə barədə məlumat alan Nəsimi rayon polis və prokurorluq əməkdaşları hadisəni törədən Şirvan Mirzəyevi yaxalayıb.

Dindirmələr zamanı da Şirvan Mirzəyev Qızıldaş qəsəbəsində aşkarlanan zorlanmış kişiləridə onun qətlə yetirdiyi etiraf edib. İstintaqçılar sən kişiləri niyə zorlayırdın sualına Şirvan Mirzəyev mən normal kişiyəm və kişilərə də meylim yoxdur. Onları mənə söyüş söydükləri üçün elə nakazat elədim ki, qoy

başqalarına da dərs olsun. Əgər bu gün də məni söysələr yenə eyni hərəkəti edərəm deyib.

İş məhkəməyə göndəriləndə Şirvan Mirzəyev onun zorlayıb qətlə yetirdiyi adamların bomj olduğunu və ona ağır cəza verilməməsini xahiş edib. Məhkəmə onun xahişini nəzərə almayıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosessdə Şirvan Mirzəyev ömürlük azadlıqdan məhrum edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm”

    “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm” ...

    10-05-2016, 23:16

  • 
  • Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

    Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir? ...

    5-09-2020, 13:04

  • 
  • Həbsxanada iki ömürlük məhkuma qarşı dəhşətli işgəncələr

    Həbsxanada iki ömürlük məhkuma qarşı dəhşətli ...

    17-05-2016, 19:03

  • 
  • Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli işgəncələr verilir

    Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli ...

    2-06-2016, 00:32

  • 
  • “Ömürlük məhbuslar barəsində inanilmaz saxta ittihamlar tərtib edilir”

    “Ömürlük məhbuslar barəsində inanilmaz saxta ...

    16-08-2016, 13:51

  • 
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12



Bu sayımız

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

Aprel 2021 (371)
Mart 2021 (563)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (733)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu