Ötən gün axşam saatlarında Xaçmaz-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, Xudat-Yalama yolunda Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhər sakini, 31 yaşlı Ruslan Novruzovun idarə etdiyi "Lada Largus" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və 2 sərnişin xəsarət alıblar. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Sürücü R. Novruzova sağ tərəfdən döş qəfəsinin əzilməsi, sərnişinlər - Dərbənd şəhər sakinləri, 33 yaşlı Paşa Şahmuradovaya bel nahiyəsinin sol tərəfinin sıyrıntıları, 29 yaşlı Rüstəm Qasımova isə sağ bud çanaq oynağının yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
Sorğu
Yeni dizaynımız necədir?