“Jam.az” saytının (Jurnalist Araşdırma Mərkəzi) redaktoru, həbsdə olan jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu) Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında aclıq edir. Bu haqda mətbuata jurnalistin həyat yoldaşı Faiqə Nüsrəti məlumat yayıb. Həyat yoldaşı deyir ki, jurnalist avqustun 18-dən aclıq aksiyasına başlayıb: “Fikrət Fərəməzoğlu bu aksiya ilə məhkəməsinin ədalətsiz keçirilməsinə, sifarişlə həbs olunmasına etiraz edir”. Faiqə Nüsrətinin sözlərinə görə, həyat yoldaşı aclığa başlaması haqda bu gün telefonla danışarkən məlumat verib: “Bunları mənə deyəndə danışığımızı kəsdilər, qışqırdılar ki, “çölə məlumat ötürmə”. Yəni təzyiqlər bu həddədi”. Fikrət İbişbəyli Fərəməzoğlu ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Jurnalist isə Bakıda fəaliyyət göstərən əxlaqsızlıq yuvaları haqda silsilə yazılarına görə həbs olunduğunu deyir.
Sorğu
Yeni dizaynımız necədir?