İlham Əmiraslanov səhhətindəki problemlərdən şikayətlənib
Mayın 14-də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Salyanın Xələc qəsəbəsindəki 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan hüquq müdafiəçisi İlham Əmiraslanovla görüşüb. “Kür” qərargahının fəalı İlham Əmiraslanov 2010-cu ilin yazında baş vermiş çay daşqınlarının yaratdığı problemlərin həll olunması, daşqınlardan ziyan çəkmiş vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərib, 2012-ci il iyunun 8-də tutulub. Qanunsuz silah saxlamada təqsirli bilinən İlham Əmiraslanov 2 il müddətinə azadlıqdan məhrum edilib. Oqtay Gülalıyev “Media forum” saytına bildirib ki, 5 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən görüşdə İlham Əmiraslanov səhhətindəki problemlərdən şikayətlənib: “Qulağında ağrıları olur. Bununla bağlı dərman qəbul edir. Saxlanma şəraitindən narazılığı yoxdur. Gününü idmanla və kitab oxumaqla keçirir. Qəzetlərlə bağlı problemi hələ də davam edir. Tək-tük hallarda qəzet ala bilir. Buna baxmayaraq ölkədə gedən ümumi proseslərdən məlumatlıdır. Cəzaçəkmə müəssisəsinin rəisi Etibar Məmmədyarovla da görüşdüm. İlham Əmiraslanovla bağlı şikayəti olmadı”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?