Həyat çox gözəldi onu yaşadıqca yaşamaq istəyirsən. Həyatda o gədər maraqlı hadisələr baş verirki,o gədər yeniliklər olurki gəl görəsən. Mənim də ailə daxilimdə belə bir hadisə baş verdi bu iki ay ərzində, çox sevindirici və eyni vaxtda çox xoşbəxt hadisələr baş verdi,ailə üzvlərimin ikisi ana oldu.
Bu iki ay ərzində mən iki dəfə xala oldum, neçə ay həyəcanla gözlədiyimiz an gəlib yetişdi, sevinc hissi bürüyüb məni, bütün ailəmi, anamı, babamı, xalalarımı, dayımı. Hamımız çox sevinirik. Mən xüsusi olaraq çox sevinirəm, xala olmaq nə gədərdə şərəfli,qürurduyulası və digər tərəfdəndə məsuliyyətli bir vəzifədi. Xalam qızı və dayım qızı ana oldu, hər ikisinin göyçək qızları dünyaya gəldi. Xalam və dayım qızlarının qızları mənim üçün doğma və seviləsi bir uşaqlardı. Mən indidən düşünürəm ki, o körpələr böyüyəndə mənə xala deyəndə necə reaksiya verəcəm, mənə elə gəlir ki yaxşı çünki xala olmaq hər adama qismət olmur, xala sözünü hər adama demirlər, xala sözü hər adam eşitmir. Mən uşaqları sevirəm, və inşallah onu o bəbələri çox sevəcəm çünki onlar bizim ailəmizin ilkəridi, birinci xalam və dayim nəvələridi. Çox səbirsizliklə onları görmək istəyirəm inşallah bu yaxında onları bizə göstərəcəklər. Xoş gəlib, səfa gətirib bu balaca körpələr dünyaya. Ayağları sayalı və düşərli olsun. Xoşbəxt ol mənim balaca dayım və xalam qızı. Ana atanız daima sizinlə fəxr etsin. Onların başlarını daima uca edin. Qoy onlar sizə baxıb fərəhlənsinlər, sevincindən uçsunlar. Xalam qızına təbrik messajı yazanda, göz aydınlığı verəndə, o mənə belə bir kəlmə yazdı, və o kəlmə nəsə mənim çox xoşuma gəldi: “Təşəkkür edirəm canım, gün o gün olsun ki, mən səni ana olmağınla təbrik edim. İnşallah”. Bəli mənim üçün olsun, olmayanlara, illərcə uşaq həsrətində yaşayanlara Allah qismət etsin, və bütün subaylara ana olmaq nəsib olsun. Uşaqlar məsumdu,safdı və mehribandı onlara sahib olmaq çox böyük xoşbəxtçilikdi. Uşaq sahibi olmaq hər gənc ata ananın,həmçinin hər bir insanın böyük arzusudu. Elə bir insan tapılmaz ki, uşaqları sevməsin. Tapılsada gərək onun gəlbi olmasın, ürəyi daş olsun. Uşaqlar kimi təmiz və gözəl varlıq yoxdu həyatda. Hər bir qadın, qız arzu edirki ana olsun,ana sözü eşitsin, körpə səsi eşitsin.Bu necədə gözəl və təkrarolunmaz bir hissdi. Uşaqları sevmək onlara daima qayğı ilə yanaşmaq lazımdı. Uşaqlar bizim gələcəyimizdi, onlarsız bizim bir günümüzdə olmasın belə. Hətta belə bir deyim var ki Uşaqlar Allah Təala tərəfindən bəxşişdi. Onlara daima qulluq, qayğı, sevgi və nəvaziş lazımdı. Fyodor Dostoyevskinin belə bir aforizmi var: “Uşaqlarsız bəşəriyyəti belə sevmək olmazdı”.
Çox gözəl bir aforizmdi, hətta bəşəriyyətdə gənc nəsilsiz mövcüd ola bilməz. Uşaqları sevək və onları qoruyaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?