Qəzalar respublikanın müxtəlif rayonlarında baş verib
Sabirabadın Həşimxanlı kənd sakini Niyaməddin Ələkbərov idarə etdiyi “QAZ-33021” markalı avtomobili Bulduq kəndində aşırıb.Olay nəticəsində o, həyatının itirib.
Rusiya Federasiyasının vətəndaşı Zülfüqar Nəciyev isə idarə etdiyi “VAZ-21074” markalı avtomobili Biləsuvar rayonunda yolun kənarındakı kanala aşırıb. Xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib.
Tovuz rayon sakini Orxan Muxtarov isə Əlimərdanlı kəndində sürdüyü “VAZ-2107” markalı avtomobili aşırıb. O.Muxtarovun avtomobilindəki sərnişini Eltun Mustafayev hadisə yerində keçinib.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Sorğu
Yeni dizaynımız necədir?