Naməlum mülki geymli şəxslər Dəyanət (Azərsoy)Məmmədova hədə-qorxu gələrək, ondan saytda olan yazıları pozmağı tələb ediblər
Bazar günü günorta saatlarında qəzetimizin əməkdaşı Dəyanət Məmmədova mülki geyimli şəxslər hücum edib. Yaşadığı binanını qarşısında mülki geyimli 3 nəfər şəxs tərəfindən qara rəngli Rang Rover markalı maşına mindirilərək faktik olaraq oğurlanan D.Məmmədova hadisə haqda telefonla məlumat verməyə də imkan tanınmayıb. Başına gələnlər haqda əməkdaşımız bunları deyir: “Onların mənə yaxınlaşması və məni adımla çagırmaları məni əmməli çaşdırdı.Elə bil məni lap çoxdan tanıyırlar.Məni maşına mindirəndən sonra maşın sürətlə yerindən tərpəndi. Mən onlara bunun qanunsuz olduğunu və onların kim olduqlarını təsdiq edən sənəd istədikdə idmançı görkəmində olan adını bilmədiyim şəxs bildirdi ki,qanunlar sizlər üçündür, bizim üçün qanun atdır hara istəsək çapa bilərik. Elə maşındaca məndən qəzetimizin saytında yer alan yazılar, məmurları tənqid edən materiallar haqda suallar verdilər. Bundan sonra mənim nootbukumu çantadan çıxarıb D diskini və bütün komitermə baxış keçirdilər. Ciblərimi axtarıb üstümdə olan 3 flaşkanı qəzetin vəsiqəsini və nəşriyyata buraxılış vəsiqəni aldılar. Flaş kartlarımı özlərinə məxsus eser komiterinə salıb baxış keçirdilər. 2 flaşkamı aldılar birini (boşunu) isə özümə qaytardılar. Bundan sonra özlərinə məxsus komiterə nar data kart salaraq internetə daxil oldular və israrla məndən tələb etdilər ki elə indicə girib saytdakı yazıları silim.Mən isə yenə də saytın kodunun yenicə dəyişildiyini və yalnız təsisçinin bildiyini dedim.Çox mübahisədən sonra mənimlə razılaşdılar və mənə 1 gün vaxt qoydular ki, “get o yazıları sil yoxsa səni ağır cəzalandıracayıq. Həyatınızla “pole çudes” oynamayın.” Telefonumu açdılar və oradan tam bilmədiyim yəni görə bilmədim 3 nəfərin deyəsən telefon nömrəsini yazıb götürdülər. Vəsiqəmi də qaytarmadılar və beləcə məni gətirib Nərimanov parkının yanında düşürdülər.” Dəyanət Məmmədov naməlum şəxslərin avtomobilindən düşən kimi 102 xidmətinə zəng vurub. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?