Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb
Bu gün saat 10:15 radələrində Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 10 ünvanında 9 mərtəbəli binada liftin təmiri zamanı bədbəxt hadisə hadisə olub. Nəticədə lifti təmir edən ustalardan biri ölüb, biri ağır yaralanıb.
Belə ki, təmir prosesi zamanı 1972-ci il təvəllüdlü Elçin Vələd oğlu Əliyev liftin şaxtasında olub. Ehtiyatsızlıq nəticəsində 4-cü blokun 4-cü mərtəbəsində olan lift onun üstünə düşün. Nəticədə Elçin Əliyev faciəvi şəkildə ölüb.
Lift şaxtaya düşərkən içərisində olan 1986-cı il təvəllüdlü Aslan Ziyad oğlu İslamov ağır yaralanıb. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım həkimləri cəlb olunub. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?