1666 abituriyentdən 858 nəfər “məqbul” qiyməti alıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) İyunun 23-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. ANS PRESS TQDK-ə istinadən xəbər verir ki, imtahanın nəticələri həmin gün - iyunun 23-də TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak edən 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb. Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirl
Sorğu
Yeni dizaynımız necədir?