Bu gün günorta saatlarında Quba rayonunda yanğın hadisəsi baş verib. Rayonun Alpan bələdiyyəsinə aid 16 hektar biçilməmiş taxıl sahəsi, 4 hektar biçilmiş taxıl sahəsi yanıb. Bundan əlavə Digah kəndində də yanğın qeydə alınıb. Bu ərazidə 9 hektar biçilməmiş əkin sahəsi, 2 hektar isə kol-kos yanıb. Yanğının söndürülməsinə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 3, Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bir maşını cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?