Sabirabad rayonunda özünü öldürən gənc qızın məktubu üzə çıxıb.
Rayon prokurorluğundan aldığı məlumata görə, Qalaqayın kəndində özünü asan 20 yaşlı Vəfa İbişova özünü asmamışdan qabaq yazdığı məktubda yazıb: “Özümü öldürməyimdə heç kimin günahı yoxdur. Mən getdim”.
Onun meyitini atası mətbəx kimi istifadə olunan yerdə asılmış vəziyyətdə tapıb. Subay olan V.İbişovanın özünə qəsd etməsinin səbəbi qaranlıq olaraq qalır.
--------- 09:58
Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Qalaqayın kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Vəfa İbişova yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?