Sosial şəbəkələrdə və saytların birində yol polisinin sürücüləri təhqir etdiyini göstərən video yayılıb. Həmin videoda yol polisi sürücülərlə kobud davranır, onları təhqir edib aşağılayıcı ifadələr işlədir.
Bu məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova müraciət etdik. O, virtualaz.org saytının sorğusunu cavablandırarkən bildirdi ki, həmin görüntülər təxminən 3 il əvvəl çəkilib: “Həmin video yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırmalara başlanılıb. Nəticədə sürücü ilə kobud rəftar edən yol polisi əməkdaşı hüquq-mühafizə orqanlarından uzaqlaşdırılıb. Videogörüntüdə olan digər polis əməkdaşı isə təqaüdə göndərilib”.
Sorğu
Yeni dizaynımız necədir?