«Palsüd» MMC yerli bazardan çıxarıldı, şirkətin məhsullarının topdan və pərakəndə satışına qadağa qoyuldu
Milyonlarla dövriyyəsi olan yeyinti sənayesi oliqarxların nəzarətinə keçdi Türkiyədə yaşayan azərbaycanlı, məşhur iş adamı Mübariz Mənismovun Azərbaycandakı biznesi çökdürülür. Artıq qida sektorunda ona məxsus şirkətlər fəaliyyətini dayandırıb. Biznes dairələrindəki etibarlı mənbə «Bizim Yol»a bildirib ki, bir müddət əvvəl ölkədə brendə çevrilən «Palsüd» MMC şirkətinin məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulub. Mübariz Mənisov Azərbaycan hökumətindəki dostları vasitəsi ilə bir neçə dəfə qadağanın aradan qaldırılmasına nail olsa da sonuncu dəfə bu addımı atmaqdan imtina edib. O, artıq təqiblərdən yorulduğunu, belə biznesin ona gərək olmadığını əsas gətirib. Beləliklə, «Palsüd» MMC şirkəti fəaliyyətini dayandırıb, müəssisəyə məxsus olan və ölkənin ticarət şəbəkələrinə paylanmış soyuducular və digər avadanlıqlar geri alınıb.
Mənbə bildirib ki, qida bazarına Azərbaycan oliqarxlarına məxsus süd və süd məhsulları çıxarılır. Tələbatın bir hissəsi yerli istehsal hesabına ödənilsə də xaricdən idxal olunan məhsulların da payı az deyil. Bu bazarda milyonlarla vəsait dövr edir və yaxşı qazanc var. Ona görə də bu “yağlı tikə”ni heç kimə yedirməzlər», - deyə mənbə vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?