Bu gecə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri bıçaqlanıb
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimov Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Ramiz Əzimov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?