Azərbaycanın meşə massivində ağac soyqırımı aparılır. Oxucuların verdiyi məlumata görə, Lənkəranın Qərian kəndində meşədə nadir ağac növləri kəsilir. Kəsilmiş ağaclar hər gün 3-4 "QAZ-66" markalı maşınlara yüklənərək aparılır. Kəsilmiş ağaclar parket üçün istifadə olunur və maşını 200-300 ABŞ dollarına satılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a açıqlamasında bildirdi ki, qeyd olunan faktla bağlı araşdırma aparılacaq. Nazirlik rəsmisinin sözlərinə görə, ağac kəsilməsi ilə bağlı Milli.Az-a daxil olmuş fotolar da müvafiq departamentə təqdim edilib. Araşdırma haqqında əlavə məlumat veriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?