İnternet istifadəçiləri provayderlərini istədikləri vaxt onlayn qaydada dəyişə biləcəklər Yaxın günlərdə Azərbaycanda milli domen adlarının onlayn rejimdə qeydiyyatına başlanacaq. Həmçinin bundan sonra internet istifadəçiləri milli dildə domen adlarından istifadə edə biləcək. İnternet istifadəçiləri provayderlərini istədikləri vaxt onlayn qaydada dəyişə biləcəklər. Daha bir yenilik isə odur ki, internet istifadəçiləri narazı qaldıqları provayderlərini istədikləri vaxt onlayn qaydada dəyişə biləcəklər. Bu isə provaydırlar arasında rəqabəti artırmaqla yanaşı, qıimətlərə də təsir edəcək. Mobil nömrə daşıma xidməti kimi burada da istifadəçi öz seçimində sərbəst olacaq. Məsələ texnoloji baxımdan artıq həll olunub. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov: “Hazırda Azərbaycanda 40-dan artıq internet provayder fəaliyyət göstərir. Onlar arasında rəqabətin düzgün təşkili, istifadəçilərin sərbəst seçimi, bir sıra çətinliklərlə rastlaşmamaq üçün yaxın vaxtlarda onlayn qeydiyyat sistemi istifadəyə veriləcək. İstənilən istifadəçi provayderini onlayn rejimdə istənilən vaxt dəyişə biləcək”. Bu il Azərbaycan Dövlət Neft Fondundan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2013-2015-ci illər üçün təxminən 450 mln. manat həcmində vəsait ayrılıb. Bu vəsait ölkə ərazisində bütün evlər üçün optika prinsipi ilə geniş zolaqlı internet infrastrukturunun təşkilinə sərf olunacaq. Layihə düzgün yerinə yetirilsə, 2017-ci ildə ölkə ərazisində internetin sürəti 10 dəfələrlə artacaq. Məsələn, hazırda ölkədə ən sürətli internet saniyədə 10 meqabitdirsə, bu dəyişiklikdən sonra kəndlərdə internetin sürəti saniyədə 30 meqabitə, şəhərlərdə isə 100 meqabitə qədər yüksələcək. Bu isə internet istifadəçilərinin sıxlığının 85%-ədək artmasına gətirib çıxaracaq.
Sorğu
Yeni dizaynımız necədir?