"Bu videonu silim deyə saatlarla Səbail rayon polis idarəsinin polisləri tərəfindən təyziq altında saxlanılmışam.
Videoya çəkdiyim polislərin telefonumu əlimdən almaq üçün mənə PPX maşınında şiddət göstərməkləri azmış kimi əlimdə yeganə sübut videonun da silinməsini istəyirdilər. Keçmədi!".
Bu barədə blogger Fatimə Mövlanlı öz feysbuk profilində yazıb: "Sonradan gələn və xüsusi vəhşilik nümayiş etdirən əməkdaşın da şəklini videonun sonunda yerləşdirmişəm. Hamısının üzünü yadda saxlayın və yayın ki, biabır olsun rəzillər".
Bakı şəhər Baş Polis İdarəsi isə F.Mövlanlının iddialarını təkzib edir. Qurumun Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır. O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir: "Bu kimi yanlış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?