Ismayılının keçmiş icra başçısı Nizami Ələkbərovla “Azadlıq” qəzetinə maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Nizami Ələkbərov bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyində (MTN) şöbə müdiri vəzifəsinə təyin edilib.
Məlumat üçün deyək ki, Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.
Onun atası Həsən Ələkbərov da uzun müddət MTN-də çalışıb. Görünür, Nizami Ələkbərovun bu quruma transfer olunmasında bu amil də rol oynayıb.
Xatırladaq ki, Nizami Ələkbərov yanvarın 23-də Ismayıllıda baş verən məlum olaylardan bir qədər sonra tutduğu vəzifədən azad edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?